Salam, xoş gəlmisiniz.

Paşinyanın planı işə düşür: Miatsum İttifaqı yaradıldı

2019-08-23 15:26:29

Paşinyanın planı işə düşür: Miatsum İttifaqı yaradıldı

Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Teleqram sosial şəbəkəsində yerləşdirilib.

Məlumata görə, təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi vurğulanıb. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək "prezident və parlament seçkilərində" iştirak edəcəyi qeyd edilib. Miatsum İttifaqının əsas hədəfinin Qarabağın Ermənistana birləşdirilməsi olacaq.

Qeyd edək ki, “Miatsum” ideyası Paşinyanın hakimiyyətə gəlməsindən sonra yenidən aktivləşib. Bu işdə xüsusi aktivliyi hazırkı Mənim Addımın Blokunun qeyri-rəsmi müttəfiqi Sasna Tsrer Partiyası nümayiş etdirib. Paşinyanın və ümumilikdə İrəvanın özü rəsmi şəkildə bu prosesə avqustun əvvəlində Ermənistan baş nazirinin Xankəndində çıxışından sonra qoşulub.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru