Pentaqon etirazçıların üstünə ordu yeridir – Milli Qvardiya və hərbi polis səfərbər edildi

30 May, 2020, 14:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Minnesota ştatındakı Milli Qvardiya ordu hissələrinin komandanı Con Cekson ABŞ Milli Qvardiyasının daha 1000 nəfər döyüşçüsünün iğtişaşların davam elədiyi Minneapolis şəhərlərinə və Sent-Pola göndərilə biləcəyini bildirib.

Dünən Minnesota ştatının rəhbərliyi Minneapolisə və Sent-Pola 500 Milli Qvardiya döyüşçüsünün göndərildiyi xəbərini vermişdi.

“Assoşieyted Press” agentliyinin vəziyyətdən xəbərdar olan mənbələrə istinadən yaydığı xəbərə görə, Pentaqon hərbi polis qüvvələrinə Minneapolisə müdaxilə eləmək üçün hazır olmaq əmri verib. Mənbənin məlumatına görə, Şimali Karolinadakı Fort-Breqq və Nyu-Yorkdakı Fort-Dramdan olan əsgərlərə dörd saat ərzində Minneopolisə getməyə hazır olmaq əmri verilib. Koloradodakı Fort-Karson və Kanzasdakı Fort-Raylidə olan əsgərlər 24 saat ərzində hazır vəziyyətdə olmalıdırlar.

Xəbərdə əmrin 29 may günü, Pentaqonun başçızı Mark Esperin ABŞ prezidenti Donald Tramp ilə söhbətindən sonra verildiyi bildirilir.

Bəlli olduğu kimi, qaradərili amerikalı Corc Floyd fırıldaqçılıqda şübhəli şəxs kimi yaxalandığı zaman polis onun “boğuluram” fəryadına etina etmədən dizi ilə Floydun boğazını sıxaraq öldürüb. Bundan sonra qətlin baş verdiyi Minnesota ştatında və ABŞ-ın digər yerlərində kütləvi etiraz nümayişləri başlanıb. Nümayişlər yanğın və qarət halları ilə müşayiət olunduğundan hökumət qüvvələri hərəkətə keçib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93