Salam, xoş gəlmisiniz.

Pentaqon rəsmən terrorçular siyahısına düşdü!

2020-01-13 17:33:00

Pentaqon rəsmən terrorçular siyahısına düşdü!

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani parlamentin ABŞ-ın Müdafiə Nazirliyini terror təşkilatı elan edən qətnaməsini təsdiqləyib. İranın “Tasnim” agentliyinin verdiyi xəbərə görə, bütün amerikalı hərbçilər indən belə terrorçu hesab ediləcəklər.

 Президент Ирана Хасан Рухани на V встрече глав государств - гарантов Астанинского процесса содействия сирийскому урегулированию

Yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general-mayor Qasım Süleymaninin İraqın Bağdad şəhərində ABŞ hərbçiləri tərəfindən həyata keçirilən terror aktı nəticəsində öldürülməsinə cavab olaraq, İran Məclisi 7 yanvar tarixində belə bir qərar qəbul eləmişdi.

Birləşmiş Ştatlar SEPAH-ı, yəni İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat elan edərək, Süleymaninin Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar təşkil elədiyini iddia eləyib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru