Salam, xoş gəlmisiniz.

Pentaqon S-400 açıqlamasını yenə TƏXİRƏ SALDI

2019-07-16 16:27:01

Pentaqon S-400 açıqlamasını yenə TƏXİRƏ SALDI

Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması ilə bağlı dünən keçirilməsi planlaşdırılan mətbuat konfransını ikinci dəfə təxirə salıb. Amerikalı jurnalist Pol Makliri sosial şəbəkədəki paylaşmasında yazıb: “İnanılmazdır! Pentaqon S-400 və Türkiyə ilə bağll planlaşdırdığı mətbuat konfransını ikinci dəfə təxirə saldı. İşlər heç də yaxşı getmir”.

12 iyulda Pentaqon jurnalistlərə Türkiyənin S-400 sistemini alması ilə bağlı mətbuat konfransı keçiriləcəyini bildirmiş, ilk mərhələdə Bakı vaxtı ilə 19.15-də keçiriləcəyi planlaşdırılan görüş ləngidilmiş, ardından isə Pentaqonun görüşü ümumiyyətlə, təxirə saldığı xəbəri verilmişdi.

15 iyul tarixində, yəni Bakı vaxtı ilə 16 iyul saat 01.00-da da Türkiyənin S-400-ləri alması ilə bağlı Pentaqonun mətbuat konfransı keçirəcəyi xəbəri verilmişdi.

Amerika mətbuatının hərbi sahə üzrə ekspertlərindən olan Pol Makliri ilk brifinq təxirə salanda da bənzər açıqlama vermiş, jurnalistlərlə görüşün Ağ Ev tərəfindən əngəlləndiyini bildirmişdi.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru