Salam, xoş gəlmisiniz.

PENTAQONUN HƏDƏFİNDƏKİ 4 LİDER… – Putinin gizli saxlanan xəstəliyindən necə istifadə edirlər? - ARAŞDIRMA

2020-03-04 13:48:00

PENTAQONUN HƏDƏFİNDƏKİ 4 LİDER… – Putinin gizli saxlanan xəstəliyindən necə istifadə edirlər? - ARAŞDIRMA

Bir jurnalist kimi, böyük güclərin məqsədlərini, hədəflərini anlamağa çalışıram. Buna görə də ip uclarının arxasınca gedirəm. Ən çox maraq etdiyim məsələ Sovet İttifaqının yıxılmasından sonra yeni güc balansının necə olacağıdır. Həm ölkələr, həm də önəmli şəxslər balansın yaranması nəticəsində öz üzərlərinə düşən rolları yerinə yetirirlər. Bu, dəyişməz qaydadır. Tarix boyu belə olmuşdur.

Sovet İttifaqı yıxılınca Çin böyüdü, “İpək yolu” ilə səhnəyə çıxdı və son həmlələr edildi. Təbii ki, önəmli olan Türkiyənin harada və necə olacağı məsələsidir. Məni maraqlandıran da budur. İdlib və Suriyadakı durum ortadadır. Ordumuz, hərbçilərimiz oradadır. Orada olan yalnız bizikmi? Əlbəttə, xeyr. Hər kəs oradadır. Gəlin, məsələyə bu prizmadan yanaşaq və anlamağa çalışaq.

Nə vaxt yazdığımı xatırlamıram, amma altını bir neçə dəfə cızdım. Çünki çox önəmli idi. Almaniyanın “Der Spiegel” nəşrinin üz qapağı haqqında yazmışdım. Bu nəşrin arxa planını bildiyim üçün deyim ki, bu, əsla və qəti olaraq gözardı ediləcək bir məsələ deyildi. Verilən mesaj açıq və aydın idi. Bilməyənlər üçün təkrar altını cızaraq qeyd edim ki, Almaniyanın “Der Spiegel” nəşri Pentaqondan idarə edilir. Uzun illərdir ki, belədir. “Der Spiegel” katolik gücün dünyada ən təsirli olan nəşriyyat orqanı kimi tanınır. Bu, doğrudur. Heç biri qəbul etməsə də, hər nəşriyyat orqanının müəyyən bir gücü vardır. Bəzilərinin gücü isə sərhədləri aşır, çünki əməliyyat orqanıdır. “Der Spiegel” də elədir, ağır gücdür.

Əgər 2018-ci ilin iyun ayına, geriyə gedərsək, bu nəşrin nəyi və necə əməliyyatın içinə çəkdiyini daha yaxşı anlaya bilərik. “Der Spiegel”-in 9 iyun 2018-ci il tarixli nəşrinin üz qapağında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin dövlət başçısı Şi Cinpinq, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın fotoşəkili var. Nəşriyyat orqanı yeni dünya nizamının qurulması baxımından, bu 4 liderin çox güclü olduğunu yazdı. Yaxşı, bəs “dərin ağıl” nəşrin üz qapağı vasitəsilə nə deyirdi? Kimə nəyi anladırdı? Pentaqonun idarə etdiyi alman nəşri açıq şəkildə söyləməsə də, bu 4 liderin bir-birilə çox yaxşı anlaşdığını yazır və bunu əlavə edirdi: öz ölkələrindəki dərin strukturlarla problem yaşayacaqlar…

“Der Spiegel”, onların öz ölkələrinin daxilində də başlarının ağrıyacağını deyirdi. Yəni, sətiraltı olaraq bu məna çıxırdı. Daha açıq desək, Pentaqon Ərdoğan, Cinpinq, Putin və Trampdan qurtulmaq istədiyini “Der Spiegel” vasitəsilə elan etdi.

Doğrusu, bunları hələ bu səbəblə ortada heç bir problemin olmadığı, yəni Suriyada savaşın astanasına gəlinmədiyi, dünya koronavirusla tanış olmadığı vaxtda yazmışdım.

Bundan təqribən 19 ay sonra, yəni bu gün nələr baş verir? Şi Cinpinq koronavirusla təslim edildi, diz çökdürüldü. Yardım istəyir. Artıq heç bir qərarı həyata keçirmək üçün tələsmir. Vaşinqtondan gələn əmrləri gözləyir. Trilyonlarla dollarlıq zərərləri vardır. Ölkədə yaşayan hər bir çinli günə hər an ölə biləcəyi düşüncəsi ilə başlayır. Heç kim yatağına hüzur içində girə bilmir. Bu, çox ağır travmadır.

İndi gələk Rusiya Prezidenti Putinə. Koronavirusun ən çox təsir etdiyi 2-ci ölkə Rusiyadır. Neftə ehtiyacı azaldan koronavirus Putini də Vaşinqtona, yəni “dərin Ameraka”ya doğru itələdi. Bununla bitmədi. “Dərin Rusiya” Putini oyundan kənara çıxardı. Son günlərdə Putinin neçə açıqlamasını gördünüz? Səsini duyan varmı?

Lavrov “dərin Rusiya”nın, yəni yəhudi gücün təsiri altındadırPutinin söyləmək istəmədiyi hər şeyi Lavrovdan eşidirk. Putin, Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir. Moskvanın Suriya planı “dərin Rusiya”nın ağıl məhsuludur. Putin bəzi məsələlərlə bağlı reaksiya versə də, israr etdiyi anda vəzifədən uzaqlaşdırılacağını bilir. Çünki Putinin ciddi bir xəstəliyi vardır. “Dərin Rusiya” bundan kozır kimi istifadə edir.

Prezident Ərdoğan “dərin Amerika” ilə birbaşa mübarizə aparan yeganə liderdir. Təbii, ABŞ da düşmən kimi davranmağa davam edir. Ərdoğan Türkiyənin maraqlarını masaya gətirdiyi üçün bu gün İdlibdə Rusiya və İranla qarşı-qarşıya gətirilibdir. Sabah da Aralıq dənizində, məsələn, Misir kimi, bir başqa oyunçu ilə qarşı-qarşıya gətiriləcəkdir. Doğrusu, izləyənlər bilir, Suriya və İdlib hadisəsinə daima belə baxdım. Regiona, dünyaya əsla “əl-Qaidə”, PKK/YPG, “Hizbullah”, Suriya-İraq-İran-Rusiya üzərindən baxmadım. Əgər dünyanın hər hansı bir yerində yarpaq əsirsə, ya Londona, ya da Vaşinqtona baxmalısınız. Durum bu gün belədir, elə dünən də belə idi.

“Der Spiegel”-in üz qabığında fotoşəkili olan son lider Donald Tramdır. Əslində, həmin fotoşəkildə olan digər liderlərlə müqayisədə “dərin Amerika” ilə savaşan ən güclü şəxs Donald Tramp oldu“Dərin Amerika”ya müharibə elan edən Tramp “Cinayətkar “dərin dövlət”in ətrafında baş verən şeylərə baxın. Rusiya ilə gizli əməkdaşlıq iddiasının ardınca gedib bir hoqqa çıxardılar, sonda bu ölkədə bənzəri görünməmiş bir casus qalmaqalı ilə yaxalandılar. Bu, əcinnə ovudur” dedi. “Dərin dövlət”ə təslim olmayacağını söylədi.

Elə də etdi. “Dərin ağıl”ın Ağ Evdəki çox önəmli adamlarını bir-bir uzaqlaşdırdıAncaq o da təslim olmağa məcbur oldu. Çünki Pentaqonu da idarə edən “dərin ağıl” Trampı küncə sıxışdırdı.

“Der Spiegel”-in üz qabığında fotoşəkili olan 4 önəmli və güclü liderin hər birinin hədəfə alınması təsadüfdürmü? Əlbəttə, deyil.

Pentaqon çox güclü qərarlar verir. Yeni dünya nizamına qarşı çıxan və “dərin Amerika”ya qarşı olan bu 4 liderin hər biri hədəfdədir. Onlar da hər şeyə rəğmən, geri addım atmır, atmayacaq. Bəlkə də hər şey daha çətin olacaq, ancaq bu 4 lider istəniləni verməyəcək.

Ancaq Tramp qərarını verdi. “Dərin Amerika” ilə toqquşmağı  buraxdı. Çünki 2-ci dəfə prezident olmaq istəyir. “Dərin Amerika” isə Trampa inanmır. Onun ətrafını istədiyi kimi idarə etməyə başlasa da, ortada inamsızlıq vardır. Bu, ortadan qalxmadan 2-ci dəfə seçilməsi təminatlı deyildir.

Bu səbəblə, “Der Spiegel” 9 iyun 2018-ci il nömrəsinin üz qabığında koronavirusa da, İdlibə də, Aralıq dənizinə də eyham vurdu. Təbii, hər şey bu qədər asan olmur. Əlbəttə, Ərdoğan, Şi Cinpinq və Putinin də öz planları vardır.

Pentaqon Talibanla anlaşdı. Doğrusu, özlərinin qurduğu təşkilat idi və anlaşma əldə edildi. İndi o Talibanı haralarda görəcəyik? “Rusiyanın Vyetnamı” kimi qəbul edilən Əfqanıstandan sonra Rusiyanın daxilindəmi? Yoxsa Suriyada, Türkiyəni hədəf alan təşkilat olaraq görəcəyik? Bilmirik.

Əgər koronavirus təsirli olmasaydı, Çində İŞİD-lə birlikdə Talibanı da görəcəkdik. Ya da Liviyada…

ABŞ Talibanla anlaşdığını elan edərək, yeni bir oyunun ilk siqnalını verdi. 2020-ci ildə çox şey olacaq. Bizi maraqlandıran hissəsi isə, məncə, Rusiya olmalıdır“Dərin Rusiya”nın nə edəcəyini bilmirik. Rusiyanın Suriyada nə qədər qarşımızda, nə qədər yanımızda olacağını müəyyən edə bilmirik. Hamımız bilirik ki, artıq Suriya Rusiya torpağıdır. Və Moskvanın pərdə arxasında “dərin ABŞ”-la görüşməkdə olması qətidir.

Bu aralar qarşımıza çıxanlar və ya çıxarılanlar həqiqət olmaya bilər. Görünənlə həqiqəti qarışdırmamaq lazımdır, ələlxüsus Moskvada “xarici səs”i eşitməyə çalışmalıyıq.

“Dərin ABŞ” hədəf seçdiyi gücləri daxildən aşındırmaqla məşğul olmaqdadır. 83 milyonun birlik və həmrəylik içində olduğunun göründüyü an heç kim bir şey edə bilməz. Qarşımızda da dura bilməz… Amma oyunu anlamaqda fayda vardır. “Matruşka” rus icadı olsa da, amerikanlar ondan yaxşı istifadə edirlər.

Qeyd: Suriya böhranı qaçqınları Avropanı yıxmaq üçün yola çıxardı. Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirdi. İranı cəbhəyə yolladı. Çini də virusla buradan söküb atdı. Görünür, ABŞ rəqib gördüyü gücləri həm virusla, həm də qaçqınlarla neytrallaşdırmaq istəyir.

Ərgün Dilər

“Takvim”, Türkiyə, 03 mart 2020-ci il

Tərcümə Strateq.az-ındır

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93