Peskov Putin-Tramp görüşündən danışdı: "Təcrübəsi də, səbri də çoxdur"

Peskov Putin-Tramp görüşündən danışdı: "Təcrübəsi də, səbri də çoxdur"

Rusiya ilə ABŞ arasındakı problemləri həll etmək yalnız iki ölkə liderləri səviyyəsində bir görüş ilə mümkün ola bilər.

Hurriyyet.org xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Russia Today”də yayımlanan “SophieCo” proqramında qonaq olan Peskov bildirib ki, ABŞ-ın bu istiqamətdə addım atmağa niyyəti yoxdur. Lakin Vladimir Putin gözləməyi yaxşı bacaran bir ölkəyə rəhbərlik edir.

“Gündəmdə liderlər səviyyəsində həll olunmasını vacib bildiyimiz bir çox strateji problem var. Daha aşağı səviyyədə görüş ilə bu problemlər həll olunmaz. Liderlər arasında görüşlər keçirilməməsi məntiqli deyil. Bu, hər iki ölkənin maraqları ilə ayaqlaşmır. Amma təəssüf ki, ABŞ an etibarilə hazır deyil. Lakin Vladimir Putinin səbri də, təcrübəsi də çoxdur” - Peskov qeyd edib./publika.az/