Planetə göydən “koronavirus” yağmağa başladı – FOTO

20 May, 2020, 22:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Meksikanın Nuevo Leon əyalətində göydən koronavirus şəklində qeyri-adi yağış yağıb.

Bu barədə “Daily Mail” xəbər verir.

Şahidlərin dediyinə görə, yeni koronavirus kimi xarakterik sünbüllər yerə düşən dolu daşlarında aydın görünüb. Yerli əhali bu hadisədə epidemiya zamanı “Tanrıdan evdə qalmağı xatırladan mesaj” kimi qəbul ediblər.

Bənzər bir təbiət hadisəsi dünyanın əks tərəfində də bildirilib. “Twitter” istifadəçisi Arlene Li Çinin Qingdao şəhərində 18 mayda düşən “koronavirus” dolu şəkilləri göstərib.

Meteoroloq və Dünya Meteoroloji Təşkilatının məsləhətçisi Jose Miguel Vinas sosial şəbəkələrdə görünən görüntüləri araşdırıb. O deyib ki, bunda fövqəladə bir şey yoxdur: “Güclü fırtınalar zamanı müxtəlif ölçülü gradientlər bir-birinə çırpılır və ən qeyri-adi formalarda, o cümlədən eyni sünbüllər əmələ gəlir”. \\Virtualaz.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93