Plastiklər insan varlığını və təbiəti təhdid edir – ARAŞDIRMA

21 Yanvar, 2020, 9:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Mikropolastiklər hər yerdə, o cümlədən bizim qidalarımızda zərərli miqdarda yer alır”.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, bu araşdırma yazısı İsveçrənin “Tages-Anzeiger” qəzetində yer alıb.

“Plastiklər bioloji əriməyə məruz qalmır. Bunun yerinə onlar təbiətin təsiri ilə daha xırda hissələrə bölünərək hər yerə, o cümlədən dənizə, dağlara və hətta Arktikanın buzlarına belə hopurlar. Quruda və suda yaşayan heyvanlar, dəniz heyvanları, həşəratlar bilinmədən qidanın içindəki bu hissəcikləri udurlar, daha sonra insanlar bu heyvanları yediyi zaman onlar orqanizmə daxil olurar. Həmin hissəciklər həmçinin kosmetika, habelə plastik qablara bükülmüş ərzaq qidaları və boşqablar yolu ilə rahatlıqla insan bədəninə keçir”,-deyə jurnalist Yannik Vittekin məqaləsində bildirilir.

“Bir ay içində biz qida ilə birlikdə 21 qram mikroplastik qəbul edirik. Bu beş oyun kubikinə bərabər bir miqdardır və hətta ərimiş halda şorba boşqabının yarısını doldurmağa qadirdir”,-deyə yazıda qeyd olunur.

Müəllif bir insanın yarım il ərzində orta hesabla 125 qram, on ildə isə 2,5 kq mikroplastik qəbul etdiyini vurğulayır.
Hər bir halda müasir dövrdə insan ömrünün 79 il olduğu nəzərə alınsa, insanlar ömür boyu azı 20 kq plastikdən istifadə edir.
Müəllif bunun hələ ən yaxşı göstəricilər olduğunu yazıb. Çünki dünyada plastik məhsulların istehsalı gündən-günə genişlənir. 2016-cı ildə 396 milyon ton yeni plastmas istehsal olunub ki, bu da 1950-ci illərlə müqayisədə 200 dəfə çoxdur. Dünya vəhşi təbiət fondunun (WWF) təsbitlətinə görə, bu miqdarın üçdə biri ətraf mühitə qarışmaqdadır. 2013-cu ildə isə plastikanın 40% daha artacağı gözlənilir.

Son araşdırmalara görə, ciddi və ətraflı eksperimentlər mikroplastiklərin insanların nəfəs yollarına, mədə-bağırsaq sisteminə ciddi zərər verdiyi ortaya çıxarıb.

“Həmin maddələrin zəhərli olduğu da nəzər alınsa, bu, məsələnin nə qədər ciddi olduğunu düşünməyə əsas verir”, – deyə Nyukasl universitetindən Tava Palanisami müəllifə söyləyib.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93