Polis Bakı və Lənkəranda əməliyyat keçirdi – SAXLANILANLAR VAR

30 İyul, 2020, 11:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov Lənkəran rayonu ərazisində saxlanılıb.

Hurriyyet.org xəbər vereir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəxsi axtarış zamanı ondan 2 qramdan artıq tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Abşeron rayonunun Masazır qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı isə əlavə olaraq 6 kq 475 qram tiryək, 855 qrama yaxın heroin, 904 qrama yaxın metamfetamin və 1 kq 885 qram marixuana götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kq 30 qram heroin aşkar edilərək götürülüb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93