Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən şəxs öldü

28 May, 2020, 12:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə olan heroin və metamfetamin götürülüb.

Hurriyyet.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a açıqlamasında bildirib ki, saxlanılan şəxs polisdən yayınmaq məqsədilə saxlanılarkən özünü yerə çırpıb, baş və bədənini yerə vurub.

DİN rəsmisi qeyd edib ki, nəticədə M.Aydəmirov müxtəlif bədən xəsarətləri alıb.

E.Zahidov deyib ki, o, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:

“Həkimlərin səyinə baxmayaraq Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93