Polşa Rusiyanı cərimələyib – 50 milyon avro dəyərində

10

Polşa Antiinhisar İdarəsi Rusiyanın “Qazprom” şirkətini “Şimal Axını-2” layihəsinə görə 50 milyon avro cərimə edib. 

Məlumatı idarənin özü yayıb.

“Bu, yerli antiinhisar tənzimləyicisinin tələblərinə məhəl qoymamağa görə Polşa qanunvericiliyində nəzərdə tutulmuş maksimum cərimədir”, – deyə Polşanın Rəqabətin Qorunması və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsinin (UOKiK) bəyanatında bildirilir.

Cərimənin səbəbi “Qazprom”-un Rusiyadan Almaniyaya qaz kəməri layihəsi ilə bağlı Polşa tərəfindən tələb olunan sənədləri verməkdən imtina etməsi olub. 2020-ci ilin əvvəlindən Varşava “Qazprom”-a dəfələrlə bu cür sorğular göndərib və hesab edir ki, “Şimal Axını-2” layihəsi Avropada rəqabət qaydalarını pozur.

Polşa Antiinhisar İdarəsi 2016-cı ildən müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar Rusiyaya qarşı iddia qaldırır. Dörd il əvvəl sözügedən idarə “Qazprom”-a və onun Avropadakı tərəfdaşlarına (Shell, Engie, Wintershall, Uniper и OMV) “Şimal Axını-2” layihəsində birgə müəssisənin yaradılması üzrə planı həyata keçirməyə razılıq verməmişdi. Nəticədə “Qazprom”-un ortaqları “Şimal Axını-2”-in səhmdarlığından geri çəkilmiş, yayihədə kreditor kimi iştiraka üstünlük vermişdilər.

Bu il isə “Qazprom”-a növbəti zərbə Almaniyanın Dövlət Enerji Tənzimləmə Qurumu Bundesnetzagenturdan gəlmişdi Qurum “Qazprom”-un “Şimal axını-2” layihəsində payının 50 faizdən yuxarı olmasının Avropa İttifaqının qanunvericiliyini pozduğunu bəyan etmiş və Rusiyaya özünə ortaq tapmasını mələhət bilmişdi. Başı Almaniya ilə müzakirələrə qarışan Rusiyanın böyründə bir də Polşa bitmişdi. \\Ovqat.com