Polşadan Azərbaycana uçan sərnişin təyyarəsi ətrafında müəmma: Bakıya enib, enməyib?

28 Mart, 2020, 7:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

96 azərbaycanlını Polşadan təxliyyə edən təyyarə Bakıya enmədən geri qayıtmalı olub.

Bu barədə məlumatı jurnalist Elgiz Nəbili şəxsi ''Facebook"' hesabında bildirib.

Hadisə ilə bağlı Varşavadan canlı yayımla məlumat verən Elgiz Nəbili qeyd edib ki, qaydalara uyğun olaraq əvvəlcədən təyyarənin Bakıda eniş edəcəyi bildirilib. Amma son anda dəyişiklik olub və təyyarəni Lənkərana endirmək istəyiblər: “Lənkərana uçmaq üçün yanacaq ehtiyatı az olduğundan təyyarə geri dönüş edərək Varşavaya qayıdıb. Hal-hazırda sərnişinlər Azərbaycana qayıtmaq üçün gözləyirlər”.

Elgiz Nəbili onu da qeyd edib ki, vətəndaşlar öz şəxsi hesablarına Azərbaycana qayıdırmışlar.

Azərbaycan Respublikasının Polşadakı Səfirliyi isə məlumatı yalanlayıb. Səfirlikdən verilən məlumata görə isə, 27 mart 2020-ci il tarixində “LOT” Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilən Varşava-Bakı reysi səfərini müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb: 

“Bununla belə, LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb. Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb”, – səfirliyin rəsmi açıqlamasında belə deyilib./ovqat.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93