Poroşenkoya cinayət işi açıldı – Dövlətə xəyanətdə ittiham olunur

20 May, 2020, 10:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açıb.

Bu barədə “Ukrainskaya Pravda” Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat verib.

Cinayət işi Ali Radanın deputatı Andrey Derkaçın sabiq prezidentin gizli səs yazılarını Baş Prokurorluğa təqdim etməsindən sonra başlanıb.

İddia olunur ki, ABŞ-ın vitse-prezidenti Co Bayden, sabiq dövlət katibi Con Kerri və P.Poroşenko arasında Ukraynada yüksək vəzifəli məmurların vəzifədən kənarlaşdırılmasına dair danışıqlar aparılıb, razılıq əldə edilib./oxu.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93