“Postvirus dövründə də ilk aylar neftin qiyməti aşağı olacaq” – NATİQ CƏFƏRLİ

2 Aprel, 2020, 15:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Satış həcmləri azalacaq, çünki əvvəl hamı ehtiyatlarının bir qismini istehlak edəcək"

"Bu gün forex platformalarında, birjalarda satılan neft iyun fyuçersləridir, yəni iyun ayının 2-nə olan ehtimal qiymətlə satılır, ona görə 27 dollara yüksəlib. Ümid var ki, yaxın 2 ayda pandemiya məsələsi gündəmdən düşəcək – bir daha, bu gün 27 dollara satılan "kağız neftdir"". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, dünyada bir də real neft, tankerlərlə, borularla daşınan və real alıcıya faktiki bu gün satılan neft bazarı da var: "Qiymətlər məhz o bazarda çöküb, xeyli ucuzlaşıb. Bu gün bütün neft istehsalçıları, hasilatçıları istənilən qiymətə öz neftini satmağa hazırdırlar. Çünki dünyada neft istehlakı çöküb – bu günə günlük neft istehlakı 30 mln. barel azalıb, hasilat isə hələ də günlük 96-98 mln. bareldir. Daha ötəsi, neft saxlamağa yer yoxdur, rezervuarlar dolub, tankerlər dolub, bir tək ABŞ-da, təqribən, 60 mln. barellik ehtiyat nefti üçün yer qalıb, onlar da öz istehsalçılarından alırlar. Heç təsadüfi deyil ki, dünən açıqlanan statistikaya görə ABŞ-ın streteji neft ehtiyatları bir həftədə 13,8 mln. barel artıb. Bir tək Çində, təqribən, 80 mln. barellik rezervuarlar boşdur, onlar bu gündən əlavə neft almağa başladılar deyə, bu xəbər ümumi neft bazarına az da olsa canlandırdı, iyun fyuçerslərinin qiymətini artırdı".

İqtisadçı ekspertin fikrincə, problem odur ki, artıq sözlü müdaxilələr, siyasi qərarlar, lap elə tutalım hasilatın azadılması ilə bağlı xəbərlərlə də indi neft qiymətlərini yuxarı çəkmək mümkün deyil: "İstehlak çöküb, istehsalı isə həm texnili, həm iqtisadi olaraq birdən-birə dünyada günlük 30 mln. barel azaltmaq mümkün deyil. Bu gün rezurvuarların dolması, hamının əlavə neft ehtiyatı yığması onu deməyə əsas verir ki, hətta postvirus dövründə də ilk aylar qiymət aşağıda olacaq – satış həcmləri azalacaq, çünki əvvəl hamı ehtiyatlarının bir qismini istehlak edəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93