Premyer Liqada oyunların vaxtı azaldıla bilər

5 May, 2020, 18:45
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

İngiltərə Premyer Liqası bərpa edildikdən sonra matçların vaxtı qısaldıla bilər.
 
Hurriyyet.org sport7.az-a istinadən xəbər verir ki, İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) rəhbəri Qordon Teylor BBC radiosuna açıqlamasında bu barədə məlumat verib:
“Əvəzetmələrin sayının artırılması, o cümlədən hissələrin 45 dəqiqədən daha az olması ilə bağlı təkliflər səsləndirmişik. Bir neçə şeyi nəzərdən keçiririk.
Dediyim kimi, variantlar çoxdu. Təbii ki, ən ideal ssenariyə əməl etmək, turnirin bütövlüyünü qorumaq istərdik”.
Koronavirus pandemiyası səbəbindən mart ayında Premyer Liqaya fasilə verilmişdi. Çempionatın ən yaxşı ehtimalla mayın sonunda bərpa olunacağı gözlənilir.

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93