Salam, xoş gəlmisiniz.

“Prezident sığortaçıların oyununu dağıtdı” - ƏKRƏM HƏSƏNOV

2020-01-14 12:17:00

“Prezident sığortaçıların oyununu dağıtdı” - ƏKRƏM HƏSƏNOV

 “Əhalini cərimələmək yox, maarifləndirmək lazımdır”

“Sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Onlar əhalini qorxudurdu ki, evini sığortalamalıyan cərimələnəcək.  Biz isə deyirdik ki, 8 il ərzindən tədbir görməyən dövlət birdən-birə, xəbərdarlıq etmədən, maarifləndirmə aparmadan bunu etməyəcək. Hurriyyet.org xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov qeyd edib.

Həsənov əlavə edib ki, dünən müşavirədə Cənab Prezident dediklərimizi təsdiqlədi və o, ölkə başçısının çıxışından sitat gətirib: "...Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin... ”

 “Sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq”

Həsənov onu da bildirib ki, daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur: “Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir. Amma sığorta icbari qalsa belə, yaxında əhalinin xərclərinin minimallaşdırılması ilə bağlı mühüm təkliflə çıxış edəcəyəm. Hər bir halda sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru