Salam, xoş gəlmisiniz.

“Prezidentlərin telefon danışıqlarının dinlənilməsinə son qoya bilərəm” - Tramp

2020-02-14 11:57:00

“Prezidentlərin telefon danışıqlarının dinlənilməsinə son qoya bilərəm” - Tramp

ABŞ Prezidenti Donald Tramp deyib ki, hökumətin digər rəsmilərinin ölkə başçısının xarici liderlərlə telefon söhbətlərini dinləməsi praktikasına son qoymağı nəzərdən keçirir. “Bu təcrübəyə tamamilə son qoya bilərəm, – Tramp fevralın 13-də radio müsahibəsində deyib.

Tramp-ın 2019-cu ilin iyulunda ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbəti sonradan impiçment mühakiməsinin mərkəzində dururdu. Nümayəndələr Palatasındakı demokratlar Trampı siyasi rəqibi Co Baydenlə bağlı təhqiqat başlatmaq üçün Kiyevə təzyiq göstərməkdə ittiham edirdi. Trump isə iddiaları rədd edib.

Adətən, prezidentin işçiləri xüsusi, səs keçirməyə otaqda xarici liderlərlə telefon söhbətlərinə qulaq asaraq qeydlər götürürlər.

Milli Təhlükəsizlik Şurasının personalı sonradan bu qeydlərdən istifadə edərək zəng barədə memorandum hazırlayırlar və bu da rəsmi sənəd kimi istifadə olunur.
“Bu çoxdankı təcrübə prezidentlərə kömək etmək, onları qorumaq məqsədi daşıyır. Bu, prezidentə və milli təhlükəsizlik müşavirinə danışıqlar zamanıəldə olunmuş istənilən razılaşmaları diqqətdə saxlamaq, qarşı tərəfin zənglə bağlı hər hansı qeyri-dəqiq və düzgün olmayan iddiasını təkzib etmək imkanı verir,– bunu ABŞ-ın 30 illik təcrübəsi olan kəşfiyyat veteranı, keçmiş prezidentBarak Obama administrasiyası dövründə xüsusi otağı idarə etmiş Larri Pfeiffer “AP”yə deyib.

Tramp onu da deyib ki, impiçment prosesi onu Riçard Niksonun istefa verdiyi “qara” günlər haqda düşünməyə vadar edib. Nikson 1974-cü ilin avqustunda, Utorqeyt qalmaqalına görə impiçment olunmamışdan istefa verib. “Bu, dəhşətli şeydir və Nikson haqda, ölkəmizin tarixindəki qara dövr, Ağ evin gizli səs yazıları, dəhşətli şou haqda hər kəsdəçox düşünürəm,– Tramp vurğulayıb.

“Qaranlıq idi, uzun müddət davam etdi və onu izlədim, – prezident deyib.

Xatıraldaq ki, Nümayəndələr Palatasının prezidenti impiçment etməsinə baxmayaraq fevralın 5-də Senat ona bəraət verdi. /azadliq.org/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93