“Problem resursların idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyadadır” – QUBAD İBADOĞLU

3 İyul, 2020, 15:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var və bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur”

“Azərbaycanda 563 xəstəxana və 44 min çarpayı var. Koronavirusa yoluxub xəstəxanada müalicə alanların sayı isə 8031 nəfərdir. Bəs onda niyə xəstəxanalarda yer çatışmır?” Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, açıqlanan rəsmi məlumatlarda bu günə qədər 8031 nəfər koronavirusa yoluxanların 30 ixtisaslaşdırlmış xəstəxanada müalicə olunduğu bildirilir: “Rəsmi statistik məlumatlara görə, Azərbaycanda 563 xəstəxana vardır. Baxmayaraq ki, yanvarın 22-də İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında çıxışında bildirmişdir ki, “biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik”. Göründüyü kimi, bu da inkişaf nağılları silsiləsindən olan açıqlamadır. Belə ki, ölkədə fəaliyyət göstərən xəstərxanaların sayı 563 olduğu halda İlham Əliyev onun idarəçilyi dövründə 700-dən artıq xəstəxana tikildiyini bildirir. Rəsmi statistika göstərir ki, 2003-cü ildə 738 xəstəxana fəaliyyət göstərib. Burda deyirlər ki, yaxşı, toyuq yumurtlamadı, bəs falı hanı? Yenə də mövcud 563 xəstəxana ilə yanaşı son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib. Onda problem nədədir, niyə çarpayı sayı çatışmır. Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var. Bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur”.

Onda narahatçılıq nədədir?” sualını cavablandıran ADR Hərəkatının sədrinin bildirdiyinə görə, məsələ burasındadır ki, xəstəxanaların sayı kimi çarpayıların da sayı şişirdilib: “Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpayıların sayını şişirdir ki, büdcədən daha çox vəsait alsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi. Deməli, xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir? Deyirlər ki, həkimlər və tibbi bacıları azdır. Rəsmi statistikaya inansaq, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibbi vardır. Tibbi bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir? Göründüyü kimi, resursların idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyada. Buna məsul olan səhiyyə nazirinin görünür ki, başı başqa şeylərə qarışıbdır”.

Valeh TÜRKSOY, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93