Salam, xoş gəlmisiniz.

“Proseslər vətəndaş cəmiyyətinin zəifləməsi istiqamətində gedir” - OSMAN GÜNDÜZ

2020-01-18 15:47:00

“Proseslər vətəndaş cəmiyyətinin zəifləməsi istiqamətində gedir” - OSMAN GÜNDÜZ

“Uzun illərdir ki, Ukraynada eyni situasiyadır: zəif hökumət və güclü vətəndaş cəmiyyəti-güclü ictimai nəzarət. Baxırsan ki, hökumət yoxdur, ya da zəifdir, amma cəmiyyətin bütün sahələrində normal idarəetmə var”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Son hadisələr göstərir ki, onlarda vətəndaş cəmiyyəti daha da güclənir. Görünən odur ki, bu ölkədə bütün sahələrdə vətəndaş cəmiyyəti həlledici söz sahibidir”,-deyə O. Gündüz əlavə edib.

“QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətini gücləndirmək imkanına malik deyil”

O.Gündüzün sözlərinə görə, bizdə vəziyyət belədir: “Güclü hökumət və zəif vətəndaş cəmiyyəti- zəif ictimai nəzarət. Proseslər də hökumətin daha da güclənməsi və vətəndaş cəmiyyətinin zəifləməsi istiqamətində gedir. Son zamanlar prezident az qala bütün çıxışlarında ictimai nəzarətin güclənməsinin vacibliyini vurğulayır. Ümid edirəm ki, hökumət də bunun fərqindədir və 5-6 il öncə vətəndaş cəmiyyətinin zəifləməsinə səbəb olan hüquqi addımlar aradan qaldırılacaq və yetərli dövlət dəstəyi təmin olunacaq. Görünən odur ki, QHT-lərə Dövlət Dəstəyi Şurası indiki reallıqlarla vətəndaş cəmiyyətini gücləndirmək imkanına malik deyil”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93