Salam, xoş gəlmisiniz.

“Pulumu əcnəbi məşqçilərin yeməsini istəmirəm” - Xalq artistindən etiraz

2019-09-11 17:27:23

“Pulumu əcnəbi məşqçilərin yeməsini istəmirəm” - Xalq artistindən etiraz

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının (AFİAHİ) təsis konfransı keçirilib.

Hurriyyet.org Sport7.az-a istinadən xəbər verir ki, konfransda futbol adamları ilə yanaşı bir sıra tanınmış şəxslər də iştirak edib.

Qonaqlar sırasında xalq artisti Ağadadaş Ağayev də yer alıb.

Milli komandamızın Xorvatiya ilə oyunu və xorvat baş məşqçisi Nikola Yurçeviç haqda danışan məşhur müğənni maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.

O,Mən ödədiyim vergi pulununu əcnəbi məşqçilərin yeməsini istəmirəm. Milli komandamızda çalışacaq yetərincə yerli mütəxəssisimiz var. Elə Nazim Süleymanov da onlardan biri”, deyə millimizdə əcnəbi məşqçilərin işləməsinə etiraz edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru