PUTİN ZƏİFLƏYİB, KREMLƏ NƏZARƏT UĞRUNDA MÜBARİZƏ BAŞLAYIB – Kadırovun qəflətən xəstələnməsi ilə bağlı sensassiyalı iddialar

22 May, 2020, 12:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Çeçenistanın Kreml tərəfindən dəstəklənən başçısı Ramzan Kadırovun hazırda tibbi müşahidə altında olduğu xəbər verilir. “İnterfax” agentliyi Moskvadakı səhiyyə mənbələrindən birinə istinadən bildirib ki, 43 yaşlı Kadırovun koronavirusa yoluxmasından şübhələr var.

Rusiyadakı “Baza” müstəqil internet xəbər portalının məlumatına görə Kadyrov-da COVID-19 simptomları mayın 20-dən müşahidə olunub. “Baza” bildirir ki, Kadırov Moskvadakı ən yaxşı klinikalardan birinə yerləşdirilib. Bu da xəbər verilir ki, Çeçenistan liderində təngnəfəslik və pnevmoniya əlamətləri var. Bu xəbər rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Rusiya prezidenti Vladimir Putindən nümunə götürən Kadırov da qoruyucu skafandr geyinərək Qroznıdakı xəstəxanaya baş çəkmişdi. O habelə cümə namazında iştirak etmişdi.

Çeçenistan və Dağıstandakı vəziyyət

Kadırovun xəstələnməsi xəbərindən əvvəl bildirilmişdi ki, Çeçenistanda və qonşu Dağıstanda koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşməsi iləəlaqədar adamların kütləvi yığıncaqlarına sərt məhdudiyyətlər qoyulur. Hazırda bu bölgələrin müsəlman əhalisi Ramazan bayramına hazırlaşır.

Çeçenistanın daxili işlər naziri Ruslan Alkhanov mayın 21-də bəyan etmişdi ki, respublikada mayın 23-dən 26-dək təcili xidmətlərdən başqa bütün nəqliyyat hərəkəti dayandırılacaq. Dağıstan hakimiyyət orqanları bildirib ki, bayramın qeyd edildiyi dörd gün ərzində Kizlyar və Kızılyurt şəhərlərində giriş-çıxış tam bağlanacaq.

Ərəstun Oruclu: “Kremlə sahiblik uğrunda mübarizənin kəskinləşir”

Politoloq Ərəstun Oruclu Rusiya mediasının Çeçenistan prezidenti Ramzan Kadırovun koronavirusa yoluxduğu barədə xəbərlərinə maraqlı şərh verib. Politoloq yazıb ki, Kadırovun ağciyərlərində ciddi zədələnmələr aşkarlanıb.

“Hələlik məlumat heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyib. Amma təsəvvür edək ki, məlumat təsadüfən üzə çıxmayıb və Kadırov həqiqətən Moskvaya gətirilib. Niyə? Eyni müalicəni elə Çeçenistanın özündə də həyata keçirmək olardı. Amma görünür, Çeçenistan prezidentinin Moskvaya gətirilməsi və bu haqda məlumatın sızdırılması heç də təsadüfi deyil”-deyən Ə. Oruclu, daha sonra versiyalarını yazıb:

“1. Son vaxtlar sız(dırıl)an məlumatlar Kremlə sahiblik uğrunda mübarizənin kəskinləşdiyinə işarə edir. Belə mübarizə gedirsə, deməli Putin artıq siyasi baxımdan bitmiş sayılır və həmin mübarizə də onun (Putinin) təmsil elədiyi KQB-FSB qrupu ilə Rusiya hakimiyyətinin hərbi qanadı arasında gedir.

Hələ SSRİ dövründə Kreml uğrunda mübarizə daim əyalətlərdən başlayıb və əyalətlərdə daha çox güc toplaya bilən qrup sonda Kremlə sahiblənib.

Stalinlə Trotski arasında mübarizə də bu sxem üzrə gedib, Xruşşovla Malenkov arasında da, Andropovla Brejnev klanı arasında da və s. Həmin ənənənin bu gün də aktual olduğunu nəzərə alsaq, o zaman Putinin regionlardakı əsas dayaqlarından biri, Şimali Qafqazda isə əsas dayağı sayılan Ramzan Kadırovun koronavirusa yoluxmasının səbəblərini təxmin etmək olar.

Vaxtilə belə bir aqibəti Stalin-Trotski mübarizəsində önəmli fiqurlardan biri olan Mixail Frunze yaşayıb. Mərkəzi Komitənin qərarı ilə mədə xorasından məcburi cərrahiyyə əməliyyatına göndərilən Frunze əməliyyat zamanı ölüb.

2. Təmsil olunduğu qrupun iradəsinə zidd olaraq şəxsi hakimiyyətini qorumaqda iddialı olan Putinin dayaqlarını zəiflətmək lazımdır ki, o, təslim olaraq, KGB-FSB qrupunun hakimiyyəti öz daxilində başqasına ötürməsinə maneə yaratmasın. Bu halda da Kadırov ilk növbədə “müalicə olunmalı” şəxslərdən biridir.

3. Putin hakimiyyətdən gedir, amma bir şərtlə ki, onun prezidentliyi dövründə törədilmiş bir çox cinayətlərin, o cümlədən də siyasi qətllərin (Anna Politkovskaya, Boris Nemtsov və başqaları) “tarixçəsi” bağlanır. Bu halda da bütün bu işlərin təşkilatçısı olan Ramzan Kadırovun “müalicə olunması” zərurətə çevrilir.

4. Rusiya hakimiyyətində hərbçilərin təsiri güclənir və onların hakimiyyəti götürə bilmək riski artdığından bəzi cinayətlərin “izlərini itirmək” ehtiyacı aktuallaşır. Hərbçilərin adamlarına qarşı törədilmiş cinayətlərdən ən miqyaslısı isə Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi “Vostok” batalyonuna rəhbərlik edən Yamadayev qardaşlarının Kadırov klanı tərəfindən qətlə yetirilməsi olub.

Batalyon buraxılmış olsa da, Kadırov klanı ilə düşmənçilik edən Yamadayevlər Rusiya hərbiyyəsinin xidmətində qalırdılar. Bu halda da arzuolunmaz şahidin “malicə olunması” qaçılmazdır. Belə görünür ki, böyük oyunun hansı variant üzrə getməsindən asılı olmayaraq, onun kiçik aləti olan Kadırovun “müalicə olunması” qaçılmazdır”.

Politoloq sonda qeyd edib ki, burada ancaq bir variantı istisna etmək olar: “Kadırovun patronu Vladimir Putin situasiyanı və deməli, hakimiyyəti öz nəzarətində saxlaya biləcəksə…”

Rusiyada vəziyyət ağırlaşır

Xatırladaq ki, Rusiya hazırda koronavirus yoluxmalarının sayına görə yalnız ABŞ-dan geri qalır. Rusiyada mayın 21-də daha 8849 yoluxma qeydə alındıqdan sonra xəstələnənlərin ümumi sayı 317,554 nəfərəçatıb. Son sutka ərzində daha 127 ölüm qeydə alınıb. Ölənlərin sayı 3009 nəfərə yüksəlib.

Beynəlxalq təşkilatlar Rusiya rəsmilərini koronavirus yoluxmalarını pnevmoniya kimi qeydiyyata almaqla epidemiyanın miqyasını azaltmağa çalışmaqda ittiham edirlər. Son həftələr ərzində Rusiyada koronavirusa bir neçə yüksək vəzifəli şəxs tutulub.

Baş nazir Mixail Mişustin bu xəstəlikdən müalicə olunduqdan sonra işə yalnız bu həftə qayıdıb. Bundan sonra prezident Vladimir Putinin sözçüsü Dmitri Peskovun, mədəniyyət naziri Olqa Lyubimovanın və tikinti naziriVladimir Yakuşevin də COVID-19-a yoluxduqları xəbər verilib./AzPolitika.info/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93