Salam, xoş gəlmisiniz.

Putin ordusuna TƏLİMAT VERDİ: Bütün S-400-lər...

2019-05-14 13:02:07

Putin ordusuna TƏLİMAT VERDİ: Bütün S-400-lər...

Rusiya prezidenti Vladimir Putin Soçidə Müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin səlahiyyətliləri ilə görüşüb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, prezident görüşdə Rusiya ordusunun ən müasir təchizatlara malik olması ilə bağlı tapşırıqlar verib.

Putin bütün ordunun uzaqmənzilli S-400 və qısamənzilli “Pantsir-S” kimi havadan müdafiə sistemləri ilə təchiz edilməsini istəyib.

“Ordunun müasirləşdirilməsi məsələsində son illərdi əhəmiyyətli irəliləyiş əldə etdik. Rusiya Strateji Raket Qüvvələrinin modern silah səviyyəsi 82%-ə çatıb. Dünyada və bölgəmizdə qlobal təhlükəsizliyə təhdid rolunu oynayan hərbi və siyasi hadisələr yaşanmaqdadır. Ən əhəmiyyətlisi, ABŞ-ın Qısa və Ortamənzilli Raketlərin Ləğvi haqqında razılşamadan çıxmasıdır. Bu proseslər çərçivəsində yenilikçi texnologiyalarla silah sistemlərimizi inkişaf etdirmək lazımdır. Rusiya ordusu Suriyada müharibə şəraitindədir. Rusiyanın təyyarə əleyhinə raket sistemləri hər zaman daha təhlükəsiz olub. Bu səbəbdən, Rusiya Hərbi Hava Qüvvələrini bu sistemlərlə təmin etmək vacibdir”, - Putin bildirib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru