Putin: "MDB-nin informasiya məkanı açıq olmalıdır"

13 İyun, 2019, 11:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“MDB-nin informasiya məkanı açıq, təhlükəsizlik məqsədilə minimal həcmdə məhdud olmalıdır”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu "MİR" telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

"Birincisi, MDB-nin informasiya məkanı açıq olmalıdır. Burada minimal həcmdə məhdudlaşdırmalar olmalıdır. Əgər məhdudlaşdırmalar varsa, o zaman onlar istisnasız olaraq ancaq təhlükəsizliklə, əxlaq və mənəviyyatın hansısa ümumi qəbul olunmuş elementləri ilə əlaqədar olmalıdır", – deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, informasiya məkanı ona görə açıq olmalıdır ki, informasiya mənbələri qorunsun və effektiv işləyə bilsinlər: “Bununla belə, onlar nə qədər az siyasiləşdirilsə, bir o qədər yaxşı olacaq. İnformasiya yayılmalıdır. Azadlıq informasiyanı yayanların deyil, bu informasiyanı istifadə edənlərin marağındadır".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93