Salam, xoş gəlmisiniz.

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib

2018-12-13 17:30:44

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib

Rusiya prezidenti Vladimir Putin “Proektoriya” gənclər forumunda çıxış zamanı prezident olmaq fikrində olmadığını deyib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, sələfi Boris Yeltsin ona ilk dəfə prezidentliyə namizəd olmaq barədə təklif verən zaman buna etiraz etdiyini əlavə edib.

“Rusiyanın ilk prezidenti Boris Nikolayeviç Yeltsin məni yanına çağırıb mənim baş nazirliyə namizədliyimi irəli sürəcəyini, sonra isə prezident seçkilərinə qatılacağımı deyən zaman bu təklifə “yox” cavabı vermişdim”.

Putin Yeltsinin bu cavaba təəccübləndiyini və sonradan götür-qoy edərək təklifi qəbul etməsindən danışıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93