Putindən ABŞ və LGTBİ bayraqlarının qoşa qaldırılmasına münasibət: “Bu, həmin səfirlikdə kimlərin işlədiyini göstərir”

1

Rusiyada sabahdan qüvvəyə minəcək yeni Konsitutsiyanın 72-ci maddəsi ənənəvi ailə institutunu qoruyur

Hurriyyet.org xəbər verir ki, Rusiyanın LGTBİ azğınlığına şərait yaratmaması ilə əlaqədar ABŞ-ın Moskvadakı səfirliyindən lənətlənmiş Lut qövmünün müasir ardıcıllarının rəmzi olan ala-bəzək parça asılıb.

Rusiya prezidenti Vladimir Putinə bu məsələ ilə bağlı sual verildikdə o, cavabında belə deyib: “Onlar o binada kimlərin işlədiyinə dair işarə vermiş oldular”.

Rusiya daxilində qanunsuz elan edilən və güclü sponsorları olduğu iddia edilən bu təşkilat başqa ölkələrdəki əlaqələri vasitəsilə Rusiyaya təzyiq göstərməyə çalışır.

ABŞ-ın Moskvadakı səfirliyinin binasından həmin bayrağın asılması barəsində açıqlama verən Putin deyib: “Onlar o binada kimin çalışdığını göstərmiş oldular. Lakin, bu, qorxuducu deyil. Bu məsələ ilə bağlı dəfələrlə açıqlama vermişik. Bununla bağlı mövqeyimiz qətidir. Rusiyada hüquqi baxımdan irqi, cinsi, milli və dini ayrı-seçkilik olmayıb və olmayacaq”.

Rusiyada sabahdan etibarən qüvvəyə minəcək Konstitusiya dəyişikliklərinin 72-ci maddəsində “kişi və qadının ittifaqından yaranan ailə institutunun qorunması” ifadəsi ilə qeyri-ənənəvi, bircinsli nikahların yolu bağlanmış olub.

Hurriyyet.org