Salam, xoş gəlmisiniz.

“Putinin Gürcüstanla bağlı fərmanı məcburi məhdudlaşdırmadır” – Peskov

2019-06-22 10:23:06

“Putinin Gürcüstanla bağlı fərmanı məcburi məhdudlaşdırmadır” – Peskov

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin Gürcüstanla bağlı imzaladığı fərmanı şərh edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Kremlin sözçüsü Putinin Gürcüstanla bağlı fərmanını Tbilisidə ekstremist fəaliyyətlər fonunda məcburi məhdudlaşdırma adlandırıb.

“Gürcüstanda vəziyyət normallaşmalı və bizim vətəndaşlar üçün kiçik təhlükə belə aradan qalxmalıdır. Ancaq bundan sonra prezident bu qərara yenidən baxa bilər”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyunun 21-də Rusiyadan Gürcüstana uçuşların qadağan olunması haqqında fərman imzalayıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru