Salam, xoş gəlmisiniz.

"Putinin yeni ittifaq və işğal planları Rusiyanın daxildən parçalanmasına gətirə bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2020-03-26 12:06:00

"Kremldə düşünürlər ki, Avropanın iqtisadiyyatı zəifləyəcək və Rusiyaya möhtac olacaq, bununla da Şərqi Avropanı öz nəzarətinə götürə biləcək"

"Planeti cənginə alan koronavirus pandemiyasından Rusiya öz ambissiyalarını həyata keçirməyi planlaşdırır. Kremldə düşünürlər ki, Avropanın iqtisadiyyatı zəifləyəcək və Rusiyaya daha da möhtac olacaq, bununla da Şərqi Avropanı öz nəzarətinə götürə biləcək". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Картинки по запросу "MƏHƏMMƏD ƏSƏDULLAZADƏ"

Onun sözlərinə görə, Moskvada koronavirusa öz işğalçı layihələrini reallaşdırmaq üçün əla fürsət kimi baxırlar: "Ona görə də Putin daha da avantajlı görünür və Rusiyanın təsir dairəsini genişləndirəcəyini və fövqəlgüc olacağı qənaətindədir. Fikir versək, Putin virusa meydan oxuyan kimi xəstəxanalara baş çəkir, heç bir şey olmayacaq kimi, Rusiyanın mövqeyinin daha da güclü olduğunu nümayiş etdirir. Rusiya ilk növbədə Belarusu öz nəzarətinə almaq və sonrakı prosesdə Ukraynanı nəzarətə götürməyə çalışacaq. Amma Kremlin bu planları reallaşmayacaq. Qeyd edim ki, Putin Rusiya konstitusiyasında dəyişiklik etməklə özünün hakimiyyətdə növbəti mərhələdə qalmasını saxlamaqla bir növ işğalçı siyasətlərini reallaşdırmağa çalışacaq. Həmçinin Rusiyanın tərkibində olan respublikaların və millətlərin hüquqlarını azaltmaqla mərkəzdən qaçma meyillərinin qarşısını almağı planlayır. Çünki yeni işğal faktorunu həyata keçirərsə, ölkə daxilində müstəqillik ideyaları ortaya çıxa bilər".

Politoloq qeyd edib ki, hazırda Rusiyanın tərkibində olan respublikalarda narazılıqlar var: "Əsasən Şimali Qafqaz respublikalarında müəyyən bir təbəqə Rusiyadan narazıdır. Yeni konstitusiya qəbul edildikdən sonra subyektlərdə narazılıqlar daha çox artacaq. Ümumiyyətlə, Rusiyanın yeni konstitusiya referendumuna federasiya tərkibində respublika əhalisinin səsverməsi real görünmür. Bu da Rusiyanın zəifləməsinə gətirəcək. Əgər Rusiya Şərqi Avropa və Cənubi Qafqaza qarşı öz geosiyasi ambissiyalarını və aqressiyasını artırarsa, Federasiya tərkibindəki respublikalar Moskvaya qarşı müstəqillik uğrunda mübarizəyə başlaya bilərlər. Ona görə də Putinin yeni ittifaq və işğal planları Rusiyanın daxildən parçalanmasına gətirə bilər. Rusiyanın əsas hədəfi Şərqi Avropa və Mərkəzi Asiyadır. Hələlik müəyyən vasitələrlə Cənubi Qafqaza nəzarət mexnizmini əlində saxlayır. Amma burada güclənməyi mümkün olmayacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93