Qəbələnin dağ kəndində 5 nəfər köməksiz vəziyyətdə qalıb

9

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

Bildirilib ki, ətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, FHN-in Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.