Salam, xoş gəlmisiniz.

Qadın ilan yedikdən sonra virusa yoluxur və... – 2 il əvvəl çəkilən filmdə koronavirus səhnələri

2020-01-28 18:05:00

Qadın ilan yedikdən sonra virusa yoluxur və... – 2 il əvvəl çəkilən filmdə koronavirus səhnələri

2018-ci ildə ABŞ-da istehsal olunan “Venom” (Zəhər) adlı filmdə Çində meydana çıxan və dünyanı dəhşətə salan koronavirusa müəyyən işarətlər edilib.

Hurriyyet.org “AzPolitika.info”ya istinadən xəbər verir ki, filmdəki bir səhnədə simbiozda bəslənən və adrenalinlə qidalanan yad bir orqanizmin şirkət tərəfindən kəşf edilməsi və insanlar üzərində təcrübədən keçirilməsindən bəhs edilir.

Baş rolda Ton Hardynin çəkildiyi filmdə çinli qadının ilan yeməsindən sonra bazarda insanları öldürməsi səhnəsi var. Diqqət çəkən məqamlardan biri də çinli qadının köynəyində “Korinne” yazılmasıdır.

Filmdə qadının ilan yedikdən sonra zəhərlənməsi və insanları yeməyə başlaması koronavirus kimi təqdim edilir.

Sözügedən filmdə məhz belə səhnələrin olması bir sıra sosial şəbəkə istifadəçilərinə belə rəyə gəlməyə əsas verib ki, bütün bunlar öncədən düşünülən və planlaşdırılan və indi isə Vuhan şəhərində yayılan virusla əlaqəlidir.

Sosial şəbəkədə bəzi istifadəçilər filmin qeyd etdiyimiz səhnələrinə əsaslanaraq bütün bu epidemiyaların ABŞ-ın oyunu olduğunu, bunun təsadüfən baş vermədiyini və dərman sənayesi sektoru üçün edildiyini bildiriblər.

Filmi izləyən və belə iddialara qarşı çıxan sosial şəbəkə istifadəçiləri isə bu səhnələrin koronavirusla heç bir əlaqəsinin olmadığını, filmin səhnələrinin kəsilərək montaj olunduğunu iddia ediblər.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93