Salam, xoş gəlmisiniz.

Qadın intim görüntüləri ilə şantaj edildi - Gəncədə ŞOK OLAY

2020-03-25 10:20:00

Qadın intim görüntüləri ilə şantaj edildi - Gəncədə ŞOK OLAY

Gəncə şəhərində qadını intim görüntüləri ilə şantaj edən şəxsə cinayət işi açılıb.

Hurriyyet.org demokrat.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini Əliyar Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Əliyar Əliyev sosial şəbəkələrdən birində tanış olduğu qadının intim görüntülərini əldə edib.

Daha sonra o, qadını həmin görüntülərlə şantaj edib, həmin görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, qadından bir neçə dəfə pul alıb.

Sonda Əliyar Əliyevin şantajlarından bezən qadın polisə müraciət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində o, həbs edilib.

Əliyar Əliyevin cinayət işi araşdırılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması hakim Roman Ələkbərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 30-na təyin olunub.

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93