Salam, xoş gəlmisiniz.

“Qalatasaray“dan “Qarabağ“a təbrik: QÜRUR DUYDUQ!

2017-08-24 11:03:44

“Qalatasaray“dan “Qarabağ“a təbrik: QÜRUR DUYDUQ!

Türkiyənin “Qalatasaray“ idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ“ futbol klubunu təbrik edib.

Hurriyyet.org xəbər verir ki, U.Aküzüm “Facebook“ səhifəsində yazıb: “Baba yurdumun komandası “Qarabağ Ağdam“la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm“.

Qeyd edək ki, ötən gün “Qarabağ“ səfərdə “Kopenhagen“ komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb./trend/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93