Qanuna dəyişikliyin QHT-lərə qazandırdığı yeni imkanlar nədir? – Deputat açıqladı

29 İyun, 2020, 19:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Qeyri-Hökumət Təşkilatları haqqında” Qanuna düzəliş təsdiq olunduqdan sonra QHT-lər qrant müqavilələrini qeydiyyata almaq üçün elektron müraciət etmək imkanı qazanacaqlar.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, 2019-cu ildə 213 milyon manatlıq qrantın yalnız 4 milyon manatı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təklif edilib: “Ölkənin aparıcı vətəndaş cəmiyyəti qurumları da daha çox bu vəsaitlərə müraciət edirlər. Praktik olaraq əksər aparıcı QHT-lərin digər dövlət qurumları tərəfindən ayrılan 209 milyon manata çıxış imkanları məhduddur. Bütün dövlət qurumlarına ayrılan qrantların Şura tərəfindən istifadəyə verilmiş Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasını tövsiyə edirəm. Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsi ilə vahid idarəedilməsi qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsinə və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın gücləndirilməsinə, məlumatların elektron bölüşdürülməsinə imkan yarada bilər”.

Vüqar Bayramovun fikrincə, SƏLİS vasitəsi ilə hətta müqavilələrin elektron bağlanmasının mümkün olduğu nəzərə alınsa, bu, eyni zamanda mövcud pandemiya şərtlərinə də uyğundur. \\Teleqraf


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93