“Qarabağ problemi insanların narazılığına səbəb olur” – Sabir Rüstəmxanlı

1 İyun, 2020, 13:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Pandemiya ilə əlaqədar olaraq sözsüz ki, onlayn dərslər keçirir. Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edə bilir. Bir çox rayon və kəndlərdə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur.
Bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.
O, problemin həll edilməsi üçün müvafiq addımlar atılmasını vacib sayıb:
“Nazirlər Kabinetindən xahiş edirik ki, bu məsələyə diqqət ayırsın”.
Xalq şairi çıxışında Qarabağ məsələsinə də toxunub:
“Bu, heç kimin inhisarında olacaq məsələ deyil. Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir. Bu da əhalidə narazılıq yaradır. Millətin tarixi keçmişi, gələcəyi bununla bağlıdır. Bu, millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Təklif edirəm ki, ildə 1 və ya 2 dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək bu mövzuda ətrafında təşkil edilən müzakirələrə qatılsın”./”BakuPost”/

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93