Salam, xoş gəlmisiniz.

“Qarabağ danışıqlarının diplomatik həll variantı mümkün görünmür” - POLİTOLOQ

2020-01-18 11:45:00

“Qarabağ danışıqlarının diplomatik həll variantı mümkün görünmür” - POLİTOLOQ

“Təhlükəsizlik Şurasının sabiq sədrinin öldürülməsi Paşinyan üçün bir mesajdı”

“Ermənistanda baş verən prosesləri diqqətdə saxlamlı, baş verənləri təhlil edib, Azərbayacnın atacağı siyasəti bu istiqamətdə qurulmalıdır. Çünki işğalçı və düşmən ölkə bütün istiqamətlərdə Azərbaycana qarşı müharibə aparır. Ərazilərin boşaldılması üçün bütün danışıqlar prosesini tormozlayır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə məxsusdur.

Əsədullazadə qeyd edib ki, Ermənistanda siyasi vəziyyət gərginləşir: “Baş nazir Nikol Paşinyanın konustitusiyada dəyişikliklər etmək istəməsi, Rusiyanın dəstəklədiyi “Qarabağ klanına” qarşı siyasi və hüquqi təqibi, həmçinin 1999-cu il parlament terronun cinayət işinin təzələnməsində Moskvanın izini axtarmaq planı ölkə daxilində gərginliyə səbəb olub”.

“Hazırkı böhrandan çıxmaq üçün ölkə daxilində siyasi xaosda maraqlıdırlar”

Ermənistanın Milli Təhlükəsizlik Şurasının sabiq sədri Kutoyanın güllələnməsini Paşinyan üçün yeni kritik vəziyyətin yaxınlaşdığının göstəricisi hesab edən politoloqun fikrincə, Paşinyanın 1999-cu il parlament terrorunu gündəliyə çıxarması ona qarşı bu kimi təzyiqlərin baş qaldırmasına gətirib çıxaracaq: “Nikol Paşinyan bilir ki, parlament terroru hansı məqsədlə edilib və bunun arxasında hansı qüvvələr dayanıb. Göründüyü kimi, “Qarabağ klanı” ciddi şəkildə Paşinyanın hədəfindədir və onlar hazırkı böhrandan çıxmaq üçün ölkə daxilində siyasi xaosda maraqlıdırlar. Məhz onlar Ermənistan daxilində baş verən böhran vəziyyətindən istifadə edib, hakimiyyətə gəliblər. Eyni ssenarinin reallaşması üçün fəaliyyətlərini bu istiqamətdə qurub təşkilatlanma istiqamətində işlər aparırlar”.

“Azərbaycan döyüş hazırlığını birinci hazırlıq səviyyəsində saxlamalıdır”

Təhlükəsizlik Şurasının sabiq sədrinin k öldürülməsi Paşinyan üçün bir mesaj olduğunu düşünən M. Əsədullazadənin sözlərinə görə, əgər, 1999-cu il parlament terroru üzrə cinayət işi davam etsə, ölkədə bu kimi qətlllər baş verə bilər: “Azərbaycan Ermənistanda baş verənlər fonunda cəbhədə döyüş hazırlığını birinci hazırlıq səviyyəsində saxlamalıdır. İşağlçı ölkə daxilində böhran dərinləşdikcə, Paşinyan danışıqlara getməyəcək. Ona görə də Qarabağ danışıqlarının diplomatik həll variantı mümkün görünmür”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93