“Qarabağ” indiyədək qarşılaşdığımız komandalardan üstündür” – Alban Hoca

10 İyul, 2019, 11:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Komandamız “Qarabağ”la oyuna hazırdır. Üç həftədir yeni mövsümə hazırlaşırıq".

Hurriyyet.org xəbər verir ki, bu sözləri "Partizani”nin kapitanı Alban Hoca Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"la keçiriləcək oyun haqda deyib.

32 yaşlı qapıçı Ağdam klubu haqda ehtiyatlı danışıb. O, indiyə qədər belə güclü rəqiblə qarşılaşamadıqlarını bildirib: “Yaxşı komandamız var. Rəqiblə başabaş mübarizə aparmağa çalışacağıq. Ev oyununda yaxşı nəticə qazanacağımıza ümid edirəm. Çempionlar Liqasında bütün komandalar güclüdür. Amma “Qarabağ” indiyədək qarşılaşdığımız komandalardan daha üstündür".

A.Hoca qeyd edib ki, havanın isti olduğu üçün oyunun 19:30-da deyil, bir qədər gec başlaması daha yaxşı olardı: "Bu qrafiklə yayda oynamaq çətindir. Amma mübarizə aparmalıyıq. Yaxşı ki, oyun günü havanın nisbətən sərin olacağı proqnozlaşdırılır. İsti havada maksimum qüvvə sərf etmək olmur. Görüşün şam yeməyindən sonra keçirilməsi yaxşı olardı. Son vaxtlar çox qol buraxmağımız oynadığımız oyuna görə deyil. Bir az diqqətsizliyin acısını çəkirik. Bunu aradan qaldıracağıq".

A.Hoca "Qarabağ" haqda məlumat almaq üçün komandanın albaniyalı sabiq futbolçusu Ansi Aqolli ilə əlaqə saxlamadığını da əlavə edib: "Rəqibi məşqçimiz təhlil edərək bizə güclü və zəif tərəflərini deyib”./qol.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93