Salam, xoş gəlmisiniz.

“Qarabağ” yeni transferini rəsmən açıqladı

2018-07-24 18:14:35

“Qarabağ” yeni transferini rəsmən açıqladı

Yeni mövsümə 6 yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib.

Hurriyyet.org xəbər verir ki, “köhlən atlar” “Bursaspor”un forvardı Con Delarjı heyətinə qatıb. Konqolu hücumçuyla 3 (2+1) illik müqavilə imzalanıb.

Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb.

28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.

Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru