Qarabağda döyüşən eks-deputatın oğlu məhv edildi, özü ağır YARALANDI

9

Qarabağda gedən döyüşlərə qatılmış Ermənistan parlamentinin eks-deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Rüstəm Qasparyan ağır yaralanıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputatın oğlu isə döyüşlərdə Ordumuz tərəfindən məhv edilib.

“Çiçəklənən Ermənistan” partiyasının üzvü Araik Aqababyan isə eks-deputatın ağır vəziyyətə olduğunu, gecə əməliyyat edildiyini söyləyib.

Onların döyüşlərin 2-ci günü cəbhəyə könüllü yollandıqları məlumdur.