Qarabağdan Naxçıvana “Türk koridoru”…

47

Azərbaycanın Ordubad və Zəngilan rayonları arasında sıxışıb qalmış bu koridoru ələ keçirməsi həm Naxçıvanla quru yolunun açılmasına gətirib çıxarar, həm də…

İran-Ermənistan xəttinin Qarabağdan keçən hissəsini iflic etmək və blokadanı tam effektiv vəziyyətə gətirməkdən ötrü Zəngilan zəruri nöqtədir

“…Cəbrayıl çox strateji rayondur. Cəbrayıl qərbdən Zəngilan, şimal-qərbdən Qubadlı, şimaldan isə Xocavəndlə həmsərhəddir. Qubadlının işğaldan azad olunması artıq Laçının işğaldan azad olunması prosesinin başlanğıcı kimi dəyərləndirilməlidir”

Qarabağın işğaldan azad olunma əməliyyatından bir həftə ötdü. Son bir həftə ərzində Azərbaycan ordusu sürətlə irəliləməkdədir ki, bu da ordumuzun miskin erməni ordusu ilə müqayisəolunmaz dərəcədə nizamilı və güclü olduğunu ortaya qoyur. Döyüş meydanında üstünlük qazana bilməyən ermənilər sərhəd boyu yaşayış məntəqələrinə müxtəlif silahlardan zərbə endirir.

Əlbəttə, erməni taktikası bununla ordumuzu Qarabağın dərinliklərinə doğru irəliləməkdən çəkindirmək kimi gülünc məqsəd güdür. Əvvəllər də “balansında” kifayət qədər müharibə cinayətləri olan, Azərbaycanın dinc əhalisinə qarşı Xocalıda həyata keçirdiyi genosidlə hətta fəxr edən erməni kimliyi uduzduğunu anladığından, zərbələrini dinc əhaliyə yönəldir. Görünür, 1992-ci illərin bizim üçün acı təcrübəsi erməniləri şirnikləndirir. Məqsəd əhalini panikaya salaraq köçə zorlamaqdır.

Amma başda Paşinyan olmaqla, hazırkı erməni hakimiyyəti Xocalıda törətdiyi genosidlə fəxr edən “azərbaycanlılar elə bilirdilər biz dinc əhaliyə əl qaldırmarıq. Bu stereotipi qırmaq üçün Xocalı qırğınını törətdik”, – deyən sələfi Sarkisyandan fərqli olaraq anlamaq iqtidarında deyil ki, Azərbaycan ordusu hərbi texnika cəhətdən “əliyalın” olan 90-cı illərdəki özünümüdafiə dəstələri deyil və keçən 30 il ərzində təkmilləşərək mükəmməl orduya çevrilib. Həmçinin, bu hərəkata cavab olaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin nişangaha götürülməsi göstərir ki, terrorçu erməni siyasi rəhbərliyi Gəncəni vurmaqla ölkəmizi atəşkəsə məcbur etmək niyyətindədir. Yaxud Azərbaycanı Ermənistana cavab zərbəsi endirməyə təhrik etməklə, Rusiyanı müharibəyə cəlb etməyi planlayır. Ortada ermənilərin nizamlı Azərbaycan ordusu qarşısında açıq məğlubiyyət perspektivi var. Gün kimi aydındır ki, erməni hiyləgərliyi hərbi qüdrətimizlə bacarmayacağını anladığından, Moskvanı da işə qatmaq fikrindədir. Beləliklə, öz zəifliyini və son çırpıntılarını Kremlin müdaxiləsi ilə qapatmaqla ermənilər başqa xilas yolu görmürlər.

Bundan başqa, ortada Türkiyə faktoru var. Rusiya Ankaranı “tapdalamaq” fikrinə düşərək, bu münaqişədə yer almayacaq. Ermənistan rəhbərliyi güman etmirdi ki, Azərbaycan ordusu Xankəndində hərbi obyektləri, bazaları vuracaq. Onlar düşünürdülər ki, Azərbaycan ətraf rayonlara yalnız hücum edə bilər. Amma heç ağıllarına da gəlməzdi ki, rəşadətli ordumuz Xankəndində, Şuşada, Ağdərədə, həmçinin Suqovuşan istiqamətində erməniləri məhv edərək, hərbi üstünlüyü ələ ala bilər.

Azərbaycanın qarşısında yaşayış məntəqələrinin vurulmasına qarşılıq olaraq rəsmi Bakı bəzi radikal addımlar ata bilər. İlk öncə Ermənistan ərazisindən ölkəmizə raket atılan yerləri təhlükəsizliyimiz üçün vura bilərik. Bu, bizim hüququmuzdur. Birinci hədəfimiz Qarabağı İranla sərhəd olan ərazisindəki rayonları tam nəzarətimizə almaqdır ki, ordumuz artıq bu sərhəd zonadakı ərazini ələ keçirib. Növbədə Zəngilan rayonudur. İran-Ermənistan xəttinin Qarabağdan keçən hissəsini iflic etmək və blokadanı tam effektiv vəziyyətə gətirməkdən ötrü Zəngilan zəruri nöqtədir. Qarabağı tam nəzarətə aldıqdan sonra Zəngilanla bloklanacaq İran-Ermənistan nəfəsliyi İran-Naxçıvan və hazırkı Ermənistan arasında qalan Zəngəzurun Nüvədi, Əldərə, Mehri və Əkərək kəndlərinin yerləşdiyi Qafan-Mehri magistralının ələ keçirilməsi ilə tam kəsiləcək. Nəyə görə, məhz Qarabağı tam aldıqdan sonra? Məlumdur ki, erməni baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edərək, sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyib. Kreml bu təklifə əlbəttə ki, razıdır. Amma Putinin sözçüsü Peskovun da yaxın günlərdə bildirdiyinə görə, bu, Azərbaycanın da razılığına əsaslanmalıdır. Hər halda belə cavab verildiyi qeyd edilir.

Rusiya birtərəfli şəkildə Qarabağa sülhməramlı yerləşdirə bilməz. Buna gedərsə, Rusiyaya qarşı yeni sanksiyalar və regionda daha ağır nəticələrə, ən əsası da Rusiyanın Aralıq dənizindən təcili çıxarılmasına çalışan ABŞ-ın Türkiyəni öz tərəfinə çəkməsinə, Moskva ilə hələ ki, Suriya və Liviyada “müvəqqəti müttəfiqlik” edən Ankaranın Kremldən üz döndərməsinə gətirib çıxara bilər. Həmçinin, Rusiya müdaxiləsi şərtində Naxçıvana olan öhdəçiliyi daxilində Türkiyənin Naxçıvandan Zəngəzur istiqamətində irəliləməsinə “haqq qazandırma” yerinə yetirilmiş olacaq. Rusiya Ankaraya bu  bəhanəni vermək istəmir. Hazırda Rusiya Azərbaycan münasibətlərində problem yoxdur. Rusiya da buna getmək istəmir. Əgər gedərsə, Türkiyə faktoru ilə qarşılaşacaq. Hadisələrin davamında isə Zəngəzur koridorunun Türk koridoruna çevrilmək şansı yarana bilər. Paşinyanın əl-ayağa düşərək Putindən sülhməramlı istəməsi ilə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutması arasında “düz mütənasiblik” gözə çarpır. Azərbaycan özünü müdafiə etmək üçün Ermənistana zərbə endirərsə, Rusiya “sülhməramlıları”na yol görünə bilər. Məhz bu səbəbdən Azərbaycanın hazırkı planı ermənilərin müqavimətini təcili qırmaqdır.

Bəllidir ki, Moskvanın mövqeyinin kifayət qədər zəiflədiyinə görə regionda geosiyasi vəziyyət Rusiyanın iştirakını istisna edir. Rusiya Qarabağ məsələsində bundan sonra Ermənistana hərbi texnika da göndərməsi də vəziyyəti Ermənistanin xeyrinə dəyişməyəcək. Bilirik ki, Rusiya Liviyada Haftara S-300 və digər havadan müdafiə sistemləri, ağır artilleriya göndərmişdi və Türkiyə son texnoloji nailiyyətləri sayəsində dəmir yığınına çevrilmişdi. Buna görə, eyni ssenarini Rusiya Qarabağda tətbiq etməyəcək. Həmin silahların aqibətinin də Liviyadakı kimi olacağını anlayır.

Azərbaycanın Ordubad və Zəngilan rayonları arasında sıxışıb qalmış bu koridoru ələ keçirməsi həm Naxçıvanla quru yolunun açılmasına gətirər ki, tezliklə Türkiyə və Azərbaycanın Naxçıvan vasitəsilə birləşməsi reallaşa bilər, həm İranla Ermənistanı bir-birindən ayırar, həm də erməni hücumuna layiqli cavab olar. Məhz bu addım Ermənistanın ömürlük blokadaya alınması deməkdir.

Beləliklə, Azərbaycan özünümüdafiə hüququndan istifadə edib, istənilən təhlükənin haradan gəlməsindən asılı olmayaraq “vurmalıdır” və nəticə ən azı Zəngəzurla ortaya qoyulmalıdır.

İkinci vacib məqam Gəncəyə raket atılmaqla, artıq Azərbaycana Ermənistanın heç bir kompromis yeri qoymamasıdır. Odur ki, ümumiyyətlə, Qarabağ ermənilərdən təmizlənməlidir və onlara heç bir muxtariyyət verilməməlidir. Məlumdur ki, Ermənistan Gəncəyə raket atmaqla Qərbin regionda enerji və geosiyasi maraqlarına zərbə vurdu. “Gəncə Dəhlizi” ABŞ başda olmaqla, Qərbin enerji və nəqliyyat dəhlizidir. Azərbaycan XİN bu məsələni Vaşinqton və Brüsselə bildirməlidir.

Ermənilərin “tarixi qədim torpaqları” termininin necə meydana gəldiyini biz də, dünya da bilirik. Əvvəlcə, ermənilərin “gözaltı etdiyi” ərazilərin “haylar” tərəfindən kompakt məskunlaşdırılması həyata keçirilir və sonra “ata-baba erməni torpaqlarına” hüquqi tələbi – öz müqəddaratını həll etmək kimi – irəli sürülür. Dünya nüfuzlu erməni siyasi diasporası da öz növbəsində bu planların informasiya və diplomatik təbliğini həyata keçirir.

Bu arada, Rusiyada erməni diasporası, xüsusən mediada hakim bir kastaya çevrildi. Ermənilərin Rusiyada, Abxaziyada, Axalkalakidə sürüşərək məskunlaşması sonucunda “ölüm və qan” hesabına “Böyük Ermənistan” yaratmaq cəhdlərinin qarşısını yalnız Azərbaycan ala bilir.

Muxtariyyət məsələsinə gəldikdə isə Prezident İlham Əliyev “Al Jazeera” telekanalına verdiyi müsahibədə ermənilərə və elə onlar qədər məkrli himayədarlarına bu mövzuda cavab verdi… O, Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə hüququ vermək istəyən ölkələrə torpaqlarının bir hissəsini orada yaşayan ermənilərə verməyi təklif etdi. Prezident vurğuladı ki, xalqların öz müqəddəratlarını təyinetmə hüququndan tez-tez beynəlxalq təbliğatı səhv istiqamətləndirməyə imkan verən erməni təbliğatı istifadə edir.

“Erməni xalqı artıq özlərini müəyyənləşdirib. Müstəqil erməni dövləti var. Bu gün ermənilər hər yerdə yaşayırlar. Fransada, Amerikada, Rusiyada, Yaxın Şərqdə yaşayırlar. Qoy bu ölkələrdə öz müqəddəratlarını təyin etmək istəsinlər. Ermənilər sadəcə haradasa çoxluq təşkil etdiklərinə görə öz müqəddəratını təyin etmək istəsələr, o ölkələrin rəhbərliyinin buna reaksiyası necə olacaq?”, – deyə prezident qeyd edib.

Ermənilər “öz müqəddəratını təyinetmə” ilə kifayətlənə bilməyən yeganə etnosdur və bir çox ölkədə kompakt erməni yaşayış bölgələri yaradaraq, dünyanın yarısında “öz müqəddəratını təyin etməyə” çalışır.

Rusiya ermənilərə bir yerdə Kubanda və ya Rostovda “öz müqəddəratını təyin etmə” hüququ verməyə razı olacaqmı, ən yaxşı torpaqlarını “əzabkeş” ermənilərə verərək öz ərazisində “Krasnodar-Ermənistan respublikası”nın yaradılmasına icazə verəcəkmi?

ABŞ ermənilərə ən zəngin əyalətlərindən birini – Kaliforniyanı verəcəkmi, hansı ki, bu, artıq ABŞ-ın erməni əyalətidir. Bəs, Los Ancelesi necə?

Yaxud Makron Parisi Ermənistanın “Avropa paytaxtı” elan etməyə hazırdırmı?

Bəlkə diktator Bəşər Əsəd ermənilərin Suriya ərazilərində “öz müqəddəratını təyin etməsinə” icazə verəcək? Yoxsa Livan öz ərazilərində erməni muxtariyyətini elan edəcək? Çətin ki. Elə isə nədən “bəzi humanistlər” Azərbaycana erməni “öz müqəddəratını təyinetmə” aktı üçün torpaqlarını bağışlamağı diktə edə bilir?

Bu gün prezident İlham Əliyev faktiki ermənilərin yad ərazilərə iddialarını çürüdərək, onların siyasi ambisiyalarını yerlə-yeksan etdi. Əgər dünyadakı erməni “öz müqəddəratını təyinetmə” seriyasını dayandırılmasa, ağlını itirmiş siyasi erməni birliyi dənizdən dənizə “böyük bir Ermənistan” yaratmaq uğrunda bütün dünyanı xaosa sürüyəcək.

İlham Əliyev deyir: “Bu, uzun illərdir istifadə etdikləri taktikadır – gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra saxta qədim erməni tarixi haqqında saxta xəbərlər hazırlamaq və bu torpaqları tələb edərək ərazinin tarixi identikliyini dəyişdirməyə başlamaq. Qoy Qarabağa öz müqəddəratını təyin etmək istəyən ermənilərə torpaqlarının bir hissəsini versinlər. Görək onların reaksiyaları necə olacaq”. Göründüyü kimi, prezident İlham Əliyev bu müsahibəsində “muxtariyyət” məsələsinə də münasibətini bildirmiş oldu. Muxtariyyət məsələsi 30 illik danışıqlar dövründə aktiv idi, indiki mərhələdə isə Qarabağın hərbi yolla geri alınması variantında əhəmiyyətini itirmiş sayılması məntiqli olar..

Masa üstünə qoyulacaq bir plan – əgər Qarabağda ermənilərə muxtariyyətdən qaçmaq mümkün olmazsa, Zəngəzurda azərbaycanlıların muxtariyyəti planı olmalıdır. Qarabağda “erməni muxtariyyəti” Zəngəzurdakı “azərbaycanlı muxtariyyəti” ilə neytrallaşdırılmalıdır. 

Hərbi ekspert Ramil Məmmədli də hərbi əməliyyatın gedişini dəyərləndirərkən vacib məqamlara toxundu:

Qeyd etmək lazımdır ki, Arazboyu istiqamətdə yerləşən ərazilərdə mövqe tutmuş ermənilər üçün İran ərazisindən istifadə etməklə bu və ya digər formada çıxış əldə etməklə başqa ölkələrə çıxış yaradırlar. Bu, məsələnin iqtisadi tərəfi. Məsələnin digər tərəfi isə Qarabağın dağlıq hissəsinindəki terrorçu dəstələrin – “Dağlıq Qarabağ” sözünü mən ona görə işlətmirəm ki, Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur- mühasirəsinin həyata keçirilməsi cənub istiqamətindən olmalıdır. Cənub istiqamətindən Cəbrayıl, Zəngilan, şimal-qərb istiqamətindən Qubadlıda hərbi hərəkatın dərinləşməsi Azərbaycan ordusunun erməniləri mühasirəyə almasının yekunlaşması deməkdir. Artıq Azərbaycan ordusu Cəbrayıl rayonunun Çərəkənd kəndi istiqamətində mövqeləri tutub. Cəbrayıl şəhəri də bizdədir. Həmin o Çərəkənd keçmiş Hadrut rayonu ilə həmsərhəddir. Yəni Azərbaycan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində irəliyə doğru hərəkət edə biləcəklər. Bundan başqa Cəbrayıl çox strateji rayondur. Cəbrayıl qərbdən Zəngilan, şimal-qərbdən Qubadlı, şimaldan isə Xocavəndlə həmsərhəddir. Qubadlının işğaldan azad olunması artıq Laçının işğaldan azad olunması prosesinin başlanğıcı kimi dəyərləndirilməlidir. Onsuz da Azərbaycan ordusu müasir silahlarla döyüş apararaq Qarabağın dərinliyində yerləşən erməni dəstələrinin dayaq məntəqələrini, silah-sursat anbarlarını məhv etməkdədirlər. Yəni həm şimaldan Murovdağ silsiləsindən, indiki Tərtər rayonu və Kəlbəcər rayonu istiqamətlərindən hücum əməliyyatlarının genişləndirilərək davam etdirilməsi məhz erməni silahlı qüvvələri üçün ciddi problemlər yaradıb. Problemlərdən ən böyüyü isə Azərbaycan ordusunun müasir hərbi texnologiyalardan istifadə etməklə hərbi uğurlarını davam etdirməsidir”.

“Suqovuşanın azad olunması Qarabağın tez və tam şəkildə azad olunmasında hansı rolu oynayır” sualına cavabında isə ekspert b unları dedi:

“Suqovuşan kəndi hərbçilərimiz üçün keçmiş Ağdərə rayonun orta hissəsinə yol açır. Bu baxımdan Suqovuşanın azad olunması ordumuzun keçmiş Hovaşen yəni Sərsəng su anbarına doğru irəliləməsi, sağ cinahdan isə paralel olaraq Kəlbəcər rayonunda olan Azərbaycan ordusunun irəliləməsinə təkan verdi. Bundan başqa Tərtərdən Ağdərəyə istiqamətlənən hücumlarımızı daha da dərinləşdirəcək. Hava şəraitinin də yağmurlu olması Azərbaycan silahlı qüvvələrinin əməliyyatlarını dayandıra bilməz. Çünki ordumuz illərdir müxtəlif cür ağır hava şəraitində təlim keçiblər. Bu hər hansı bir narahatlıq yarada bilməz. Əsgərlərimiz Murovdağ zirvəsini -10 dərəcə şaxtalı havada azad ediblər”.

Ülviyyə ŞÜKÜROVA