Qaraciyəri piylənmədən QORUYAN MƏHSUL

22 Mart, 2019, 16:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Qaraciyər piylənməsi bu orqanın xəstəlikləri arasında ən yayılmış pozulmalardan biridir.

Qaraciyərin piylənməsi insanın həyatı üçün təhlükə yaratmasa da, sirroz və xərçəngi kimi sağalmaz xəstəliklərin inkişafına şərait yaradır.

Qaraciyər piylənməsindən əziyyət çəkənlərin sayı ildən ilə artır. Alimlərin fikrinə görə, bu pozulmanın əsas səbəbləri arasında spirtli içkilərin qəbulu, qeyri-sağlam qidalanma və piylənmədir.

Saglamolun.az xarici KİV-lərə istinadla zəbər verir ki, Amerika alimlərinin fikrinə görə, qaraciyər piylənməsinin riskini azaltmaq üçün qidalanmaya zeytun yağından daha çoz istifadə etmək lazımdır. Alimlərin fikrinə görə, bu məhsul nəinki qaraciyər piylənməsinin qarşısını alır, həmçinin artıq mövcud olan piylənmənin simptomlarını azaldır.

Omeqa-3 faydalı yağlı turşularla zəngin olan zeytun yağı qanda lipidlərin səviyyəsini azaldır, artıq çəki yığılmasının qarşısını alır, qaraciyər fermentlərinin səviyyəsini aşağı salır ki, bu da qaraciyər piylənməsinin riskini azaldır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93