Qazaxda 57 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Qazaxda 57 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Qazax rayonunda 57 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Xanlıqlar kəndində 1962-ci il təvəllüdlü Şəadət Qədimov çardaqda işləyən zaman onu elektrik cərəyanı vurub. 57 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.