Qazaxıstan sərhədçiləri Azərbaycan qayığına 297 güllə atıb

6 May, 2020, 18:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Xəzər dənizində Azərbaycan vətəndaşları ilə bağlı insidentinə dair Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin (QR MTK SX) məlumatına görə, 30 aprel 2020-ci il tarixində Xəzər dənizində qazaxıstanlı sərhədçilər tərəfindən içində 4 Azərbaycan vətəndaşı olan “bayda” tipli kiçik ölçülü qayıq saxlanılıb.

Saxlanma gecə saat 3:55-də (Nur-Sultan vaxtı ilə) Rakuşeçnıy burnundan 30 mil aralıqda baş tutub.

Bu barədə Modern.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan qayıq Qazaxıstan Respublikasının ərazi sularında aşkar olunub.

Sərhəd mühafizə katerin ekipajinın beynəlxalq dəniz qanunveriliyi ilə nəzərdə tutulan “dayan” əmrlərinə baxmayaraq, dövlət sərhəd pozucuları buna reaksiya verməyiblər və yüksək sürətlə sərhəd mühafizə kateri önündə təhlükəli manevrlər edərək, toqquşma təhülkəsini yaradıblar. Pozucuların təqibi 1 saat 40 dəqiqə çəkib və bu müddət ərzində qayığın məcburi dayanması üçün “Qazaxıstan Respublikasının Dövlət Sərhədi haqqında” Qazaxıstan Respublikasının Qanunun tələblərinə ciddi riayət olunmaqla sərhədçilər tərəfindən silahdan istifadə olunub. Beləliklə, odlu silahdan havaya 25 xəbərdarlıq, 87 qayığın getdiyi istiqamət və 185 pozucuların mühərikə tuşlanan atəş açılıb. Silahdan istifadə edilməsi zamanı üç pozucu yaralanıb. Saxlanma zamanı yaralananlara dərhal ilkin tibbi yardım göstərilib. Görülən tədbirlərə baxmayaraq, sahilə çatdıqda təcili tibbi yardım həkimləri saxlanılanların birinin ölüm faktını qeydə alıblar.

Hazırda saxlanılanlarla bağlı Qazaxıstan Respublikasının aidiyyatı orqanları tərəfindən Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, dövlət sərhədinin pozulması faktı ilə bağlı araşdırma tədbirləri görülür.

QR MTK SX bildirir ki, 2017-ci ildə saxlanılan dörd brakonyerlərdən üçü eyni qanun pozuntusuna görə Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qazaxıstan tərəfi həlak olan Azərbaycan vətəndaşının ailəsinə başsağlığını verir.

Bu gün səhər saatlarında mərhumun nəşi Azərbaycan tərəfinə verilib. İnsidentlə bağlı tam məlumat Azərbaycan tərəfinə çatdırılıb. Qazaxıstan tərəfi Azərbaycan vətəndaşları tərəfindən Qazaxıstan Respublikasının dövlət sərhədinin pozulması faktlarının çoxalması ilə bağlı narahatlığını bildirir.

2017-ci ildən bu günə qədər 41 Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb, onlardan 33-ü Qazaxıstan Respublikasının dövlət sərhədini pozduğuna görə məhkum olunub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93