Salam, xoş gəlmisiniz.

“Qəbələ”nin baş məşqçisi İSTEFA VERDİ

2019-08-31 22:41:03

“Qəbələ”nin baş məşqçisi İSTEFA VERDİ

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan getdiyini açıqlayıb.

O, istefasını Azərbaycan Premyer Liqasının 3-cü turunun “Keşlə” ilə ev oyunundakı ağır məğlubiyyətdən (0:4) sonra açıqlayıb:


“Oyun haqda danışmayacağam. 2011-ci ildən “Qəbələ”dəyəm, təcrübəli mütəxəssislərlə çalışmışam. Bütün rəhbərliyə təşəkkürümü bildirirəm. Uzun illər idi buradaydım, bu klub mənim üçün doğmalaşıb. Avropa Liqasının qrup mərhələsində çıxış etdik, ilk titulumuzu qazandıq. Bu şəhər mənim üçün doğmadı. Fariz Nəcəfov başda olmaqla hər kəsə minnətdaram. İstefa verirəm”.



Qeyd edək ki, Sənan Qurbanov Roman Qriqorçukun istefasından sonra komandaya rəhbərlik edirdi. (Matc.az)

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru