Salam, xoş gəlmisiniz.

Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - AÇIQLAMA

2020-02-14 16:41:00

Qənirə Paşayeva Milli Məclisin sədri olacaq?  - AÇIQLAMA

Milli Məclisə növbədənkənar seçkilərdə 105 saylı Tovuz Seçki Dairəsinin lider namizədi Qənirə Paşayeva parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibət bildirib.

Hurriyyet.org xəbər verir ki, o, öz "Facebook" hesabında iddialarla bağlı bunları yazıb:

"Əziz dostlar, sosial mediada, bəzi media orqanlarında mənim Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır; mən isə bitərəfəm. Digər tərəfdən yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93