Qərb tarixinin ən zəngin adamının adı açıqlandı

22 May, 2019, 16:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Amerikalı iqtisadçı Samuil Uiliamson məşhur neft sahibkarı və xeyriyyəçisi Con Rokfelleri (John Rockfeller) Qərb dünyasının tarixindəki ən varlı şəxs olduğunu bildirib.

Hurriyyet.org bu barədə “Report”a istinadən xəbər verir.

Xatırladaq ki, XIX əsrin sonu – XX əsrin əvvəlləri Rokfeller 1,5 mlrd. dollar, yəni hazırkı hesabla 26 mlrd. dollaradək varidat toplamışdı ki, bu da onun vəfat etdiyi 1937-ci ildə ABŞ iqtisadiyyatının 1,6%-i deməkdir. Bu nisbətlə onun var-dövləti müasir dünyanın ən zəngin iş adamı olan “Amazon” online satış mərkəzinin sahibi, maliyyə ehtiyatları 117 mlrd. dollar məbləğində hesablanan Ceff Besosunkunu 3 dəfəyədək üstələyir.

Keçmişdəki zənginlərin müasir iş adamlarından daha varlı olduğu qənaətində olan S.Uiliamson ayrı-ayrı tarixi dövrlərə aid böyük şəxsi sərvətləri gəlirlə ÜDM arasındakı nisbət əsasında müqayisə edib. Bu hesabla polad sənayeçisi Endrü Karneginin varidatı hazırkı “məzənnə” ilə 300 mlrd. dollara yaxın, XIX əsr dəmir yolu sahibkarı Kornelius Vanderbiltinki 200 mlrd. dollar məbləğində olardı. Habelə Spartak üsyanını yatırmaqla tarixə adını yazdıran məşhur Roma sərkərdəsi Markus Lisinius Krassus bu günün pulu ilə hesablandıqda 210 mlrd. dollarlıq varidat sahibi olub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93