Qeyri-iş günlərində məhdudiyyət tətbiq olunacaq? – RƏSMİ AÇIQLAMA

18 May, 2020, 17:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Bayram günlərində mütləq məhdudiyyət olması ilə bağlı tələb yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu, bir çağırışdır: “Bayram günləri ilə bağlı bu gün belə məhdudiyyət yoxdur”.Onun sözlərinə görə, obyektlərin açılması ilə bağlı bir ardıcıllıq gözlənilir: “Gələcəkdə idman obyektləri də açıla bilər. Mərhələ-mərhələ yumşalma daha effektifdir”.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, yoluxma artsa, bayram günlərində hərəkətin məhdudlaşdırılması işə bağlı təkliflə çıxış edilə bilər.

Onun sözlərinə görə, bu təcrübə qardaş Türkiyədə də tətbiq olunur: “Azərbaycanda da yoluxma artsa, bundan istifadə edilə bilər”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93