Salam, xoş gəlmisiniz.

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT

2019-09-12 18:15:07

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT

Məleykə Alıoğlu: “Uşaqlıq və yeniyetməlik illərimi ermənilər qəsb etdi, ömrümün 30 ilə yaxın zəhmətimin bəhrəsini isə Fərəh və onun ətrafı ”işğal” etdilər

“Mən dəstək üçün cənab Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanıma və Təhsil nazirinə müraciət etmək istəyirəm. Çox susdum...”

Hurriyyet.org bildirir ki, bunu versus.az-a Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə dokotu, qiraət ustası Məleykə Alıoğlu bildirib.

Mədəniyyət və İncəsənət Universitetinin dosenti, gözəl qiraətçi Məleykə Alıoğlu uzun illər işlədiyi universitetdən çıxarılıb. 2 ilə yaxındır ki, işinə bərpa olunacağını gözləyən sənətçi bildirib ki, o, Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru, hazırda Prezident Aparatında humanitar şöbənin müdiri olan Fərəh xanımın və hazırki rektor Ceyran Mahmudovanın sözlərinə inanaraq gözləyib. Sonradan xanım rəhbərlərin onu get-gələ salmalarını, məsuliyyəti bir-birinin üzərinə atdıqlarını görərək bir oyun oynanıldığını anlayıb. Bir sözlə sənətçinin səbrini zorlayan rəhbərlər Məleykə xanımın səbr kasasının dolub daşmasına nədən olublar.

Məleykə vanım deyir ki, əslində bu qədər gözləməsinin səbəblərindən biri də bir sənətçi, bir xanım kimi öz evi hesab etdiyi təhsil müəssisəsinə mühafizəkar yanaşıb, neqativləri geniş ictimaiyyətə çatdırmaq istəməməyi olub. O, hesab edib ki, böyük iş və sənət təcrübəsinə malik olan pedaqoqların daxili neqativləri ictimailəşdirmək gəncləri həvəsdən sala bilər.

Məleykə Alıoğlu deyib ki, adını çəkdiyi rəhbərlər haqq-hüquq tanımadan, heç bir müraciətinə, telefon zənglərinə, mesajlarına belə cavab vermək istəməyiblər. Sənətçinin haqqı, əməyi heç bir qorxu, məsuliyyət yükü daşınmadan asanlıqla tapdalanıb.

“Universitet rəhbərliyi köhnə kadrların hərəsini bir bəhanə ilə vurub”

Universitetdə belə özbaşınalıqların son illərdə çox baş verdiyini önə çəkən sənətçi deyib ki, universitet rəhbərliyi köhnə kadrların hərəsini bir bəhanə ilə vurub. Təqib olunduğunu görüb, önləyici tədbir olaraq daha yuxarıların zəngi ilə odra qalmağın çarəsini tapan müəllimlər var. Deyir ki, nədənsə Slavyan Universitetinin vurulmuş kadrları burda yüksək postlara qoyulurlar. Məleykə xanım bildirib ki, hazırda Universitetdə rus-dili ədəbiyyatı müəllimi, televiziya və kino rejissorluq fakültəsinin dekanıdır, onun müavini isə kompüyüter mühəndisidir. M.Alıoğlu bildirir ki, universitetdə bu cür “kadr islahatı” açıq şəkildə müşahidə olunur. Onun sözlərinə görə, keçmiş rektor Fərəh xanım universitetə gələn zaman ən təcrübəli və dəyərli müəllimləri yarımştata keçirdi və çoxu bunu özlərinə təhqir sayaraq işdən getdilər. Bir laborant isə Fərəhin onu işdən çıxarmaq istədiyinə görə internetdə görüntülü çıxış paylaşmışdı. Qız dövlət başçısına müraciət etmişdi. Fərəh xanım yalvarıb sildirmişdi o videonu və qızı işdə saxladı.

Məleykə xanım bildirib ki, dosent, professor adını almaq üçün teatra üz tutan bir çox sənət adamlarına rahatlıqla dərslər verirlər:

“Necə olur ki, pedaqoji təcrübəsi olmayan bu kimi titullu adamlara xüsusi yerlər ayrılır? Təbii ki, onların populyarlığı bunlara divident qazandırır. Halbu ki, onlar bir neçə yerdə işləyirlər. Düşünün, bizdəki sənət adamları həftələrlə, aylarla xaricdə olurlar. Tələbələr boş qalırlar. Dərs keçirilmir. Titullu adamların universitetdə olması tələbələr üçün də maraqlıdır. Amma biliyi pedaqoq verməlidir”.

Məleykə Alıoğlu uğradığı haqsızlıq və aldadılması ilə bağlı üzləşdiyi problemli məsələ ilə bağlı artıq Prezident İlham Əliyev, Brinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək onlardan dəstək istəməyə qərar verib.

Məleykə xanım eyir ki, səhhəti ilə bağlı öz hesabına məzuniyyət görtürmək istəyib. Lakin sabiq rektor Fərəh Əliyeva ona ərklə ərizəyə ehtiyac olmadığını deyib. Sonra işlə bağlı yeni müqavilənin vaxtının dekabr ayında bitdiyini xatırladaraq qalıb seçkidə iştirak etməyi və 3-4 ay işlədikdən sonra istədiyi qədər ona vaxt verəcəyini deyib. Məleykə xanım o zaman rektora auditoriayaya girəcək halda olmadığını xatırladıb. Həmin vaxt Fərəh xanım onun qarşısında belə bir şərt qoyub ki, ərizəni yaz işdən çıx, sentyabrda gələndə işinə bərpa etməyə çalışacam. Məlleykə xanım işdən çıxmaqla bağlı ərizə yazmağı doğru hesab etmədiyinə görə, bu şərtin icrasından imtina edib. Amma sağlıq durumu pisləşdiyi üçün bir neçə günlük işə gedə bilməyib. Elə bu da onun işdən çıxarılmasına bəhanə olub.

Deyir ki, yaranmış problemlə bağlı rektor və onun müavininin yanında olub. Xanım Fərəh xanımın bu işlə məşğul olub, yaranmış boşluğu aradan qaldıracağını deyib.

Məleykə xanım deyir ki, rektorun yanından çıxandan üç gün sonra qəzetə beş illik müqavilənin tamam olmasıyla bağlı seçki ilə bağlı elan verilib. Hansı ki, qəzetə verilən elanın müddəti bir aylıqdır və şəxs o müddətdə öz yerinə təsdiqlənmək üçün ərizə verməliydi. Amma elandan bir həftə keçməmiş Məleykə xanıma müqavilə müddətinin bitməsi əmrini veriblər. Bu barədə ona heç bir xəbərdarlıq verilmədən:

“Fərəhdən soruşanda ki, seçki vaxtını geri ata bilərdiz. Deyir mən qurtulmaq istədiyim müəllimlərə qarşı belə davranıram. Vaxtı uzadıb onda bir nöqsan axtarıb ordan vururam onu. Səndən razıyam, nədən geri atım ki.

Amma yalan danışdı. Əslində beş il bundan öncə mənim seçkim noyabrda olmuşdu. Yəni gəlan noyabrın 1-i elan verilmişdi və mən öz yerimə noyabrın 31 də təsdiqlənmişdim. Son seçkidə isə elan noyabrın 23-nə qədər uzadılıb, gecikdirilib. Bunu qəsədən ediblər ki, şikayət etmək haqqını itirim. Üstündın bir ay keçməliydi. Mənə xəbər göndərilməliydi ki, işə bərpa üçün öz yerimə ərizə verim. Qəsdən edilmədi və tez-tələsik əmrim verildi. Şəkər xəstəliyi tapdım. Elmi işimi işləyə bilmirəm. Her şeyden soyudum.

Ərizəmlə içdən çıxmaq təklifi bir oyun idi. Sonra əlində bayraq edəcəkdilər. Ceyran xanıma deyirəm mən insanam. Başıma hər şey gələ bilərdi. Mən olmadan yerimə işçi götürmək üçün necə elan verilə bilər. Deyir ki bu məsələdə yalnız kor bağırsaq əməliyyatı keçərlidir. Yəni qəflətən tutur və xəbərsiz xəstəxanaya düşürsən. Məntiqə baxın. Mənə deyir ki, sənin problemin Fərəhin vaxtında olub. Get onunla həll et. Deyirəm yanında olmuşam və sizin yanınıza gəlmişəm. Fərəh xanımın yanında olanda durub mənu qucaqlayıb. “Xətrini çox istıyirəm, haqqında Ceyran xanıma söz etmişəm get yanına”- deyib. Ceyran isə deyir ki, mənə heç kəs heç nə deməyib. Sonra Fərəh xanıma zəng etdim neçə dəfə açmadı. Sonra mesaj yazdım. Cavab vermədi”.

İl yarımdır ki, get-gələ salınan və bərpa ilə bağlı vədlər verilən Məleykə xanım deyir ki, boş qalan Ştata işçi götürməyiblər. Buna baxmayaraq ona “sənə saat yoxdur” deyiblər. “Çünki dönməmi istəmirlər”,- deyə M.Alıoğlu vurğulayıb.

1991-ci ildən Mədəniyyət və İncəsənət Universitetində işləyən və hazırda o müəssisənin doktorantı olan M.Alıoğlu özünü o universitetin övladı sayır. Deyir ki, heç vaxt işi ilə bağlı töhmət almayıb. İşini qanunla, vicdanla icra edib. Bu gün təhsil müəssisələrində tələbələrin yaxşı tanıdığı və sevdiyi “tapşırığa baxmayan, tələbənin əlinə baxmayan, ədalətə əsaslanan” bir müəllim kimi tanınır:

“Mən orada böyüdüm deyə bilərəm. Universiteti Fərqlənmə ilə bitirəndən sona AMEA nın aspiranturasını bitirdim. Müdafiə edib, laborantlıqdan başlayıb dosentliyə qədər yol gəldim. Bir neçə monoqrafiyaların, dərs vəsaitlərinin, metodiki vəsaitlərin, proqramların müəllifiyəm. İşlədiyim şöbədə teatr rejissorluğu ilə bağlı müdafiə edən yeganə kadrlardanam. Böyük ağrıdı. Mənim ixtisasım bir tək bu universitetdə var. Bu yaşımda gedəcəyim ikinci bir yer yoxdur. Axı öz hesabıma məzuniyyət haqqımdı. Mən niyə işdən gedim axı? Ciddi bir səbəbi olmalıdı axı? Bir həftə işə getməmişəm töhmət versin, xəbərdarlıq etsin, maaşımı kəssin, amma işdən çıxarmaq nədi? Heç vaxt məzuniyyətə çıxmamışdım. Ona görə də nəticəsinin nə olmasından asılı olmayaraq haqqımı tələb edəcəm sonuna qədər”.

Əslən Cəbrayıldan – Qarabağdan olan M.Alıoğlu böyük təəssüf hissi ilə deyir:

“Uşaqlıq və yeniyetməlik illərimi ermənilər qəsb etdi. Ömrümün 30 ilə yaxın xərclədiyim zəhmətimin bəhrəsini isə Fərəh və onun rəfiqəsi zəbt edib. Fərəh mənə deyirdi ki, niyə şeir deməklə məşğul olmursan. Axı bu mənim sənətimdi. Amma pedaqoqluq əsas peşəmdir.

Biz orda böyüdük, yetişdik. Gələn rəhbər işçilər bizlərə sayğı duymalı, ağrı-acılarımıza həssaslıqla yanaşmalıdır. Tam tərsinədir, gözümçıxdıya salınırıq.

Mən dəstək üçün Prezidentə, Mehriban xanıma və Təhsil Nazirinə müraciət etmək istəyirəm. Çox susdum…”


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru