Qırğızıstanda yeni baş nazir təsdiqləndi

6

Qırğız Respublikasının parlamenti Sadır Japarovun baş nazir postuna namizədliyini təsdiqləyib.

“Report” “24.kg”yə istinadən xəbər verir ki, iclas zalında iştirak edən 83 deputat yekdilliklə onun lehinə olub.

Bildirilib ki, Sadır Japarovun namizədliyi oktyabrın 10-da parlamentin növbədənkənar iclasında da irəli sürülmüşdü. Ancaq onda səsvermə zamanı reqlament pozulduğu üçün yenidən səsvermə keçirilib.

Qeyd edək ki, Sadır Japarov 1968-ci il dekabrın 6-da Qırğızıstanın İssık-Kul vilayətinin Ken-Suu rayonunda anadan olub. Bədən Tərbiyəsi Universitetini bitirib. Sonra Boris Yeltsin adın Qırğız-Rusiya Slavyan Universitetinin Hüquq fakültəsini bitirib. Sovxoz direktoru olub. 1994-1996-cı illərdə “Kerkey” neft şirkətinin direktoru işləyib. 2001-2005-ci illərdə “Nurmanayqaz” (Balıkçı) neft şirkətinin direktoru olub.

2013-cü ildə hakimiyyəti zor yolu ilə ələ keçirməkdə mühakimə olunmuşdu.