QİYAMÇI HƏFTƏR QÜVVƏLƏRİNƏ DƏSTƏK – Rusiyanın “İlyuşin” təyyarələri Liviya səmasında

10

Hurriyyet.org xəbər verir ki, Liviya ordusu qiyamçı Həftər qüvvələrinə yeni yardımların edildiyini, dünən Rusiyanın “İlyuşin” yük təyyarələrinin Sirte və Cufra da 5 uçuş həyata keçirdiyini bildirib. “Anadolu Agentliyi”nə bu barədə məlumatı Sirte və Cufra Ortaq Əməliyyat Dairəsinin mtbuat katibi Əbdülhadi Dırah verib. Dırah Suriyadan Liviyanın ikinci böyük şəhəri və Həftər qüvvələrinin mərkəzi olan Binqaziyə də Əsəd qüvvələrin hərbçilərini daşıyan iki uçuş həyata keçirildiyi xəbərini verib.

Liviya Milli Barışıq Hökumətinin ordusu Həftər yaraqlılarına qarşı 25 mart tarixində başlanan “Sülh fırtınası” əməliyyatı çərçivəsində 3 iyunda paytaxt Tripolini, 5 iyunda isə Tərhunə şəhərini tam nəzarət altına almışdı. 6 iyun tarixində isə ordu Sirte, Cufra hərbi hava bazası və ətrafındakı rayonları Həftər yaraqlılarından təmizləmək üçün “Zəfər yolları” adlı yeni bir əməliyyatın başladığını bildirmişdi.

Hurriyyet.org