“Qızım əsl deputat olmağa layiqdir” – Xanhüseyn Kazımlı

14 Yanvar, 2020, 13:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə qızı ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.

Hurriyyet.org xəbər verir ki, X.Kazımlı unikal.org-a açıqlamasında qızının deputatlığa layiqli namizəd olduğunu bildirib:

"Mən deputatlığa namizədliyimi verməmişəm. Qızım Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdi. İnşallah yanvar ayının 17-si təbliğat prosesi başlayandan sonra özü mətbuata bu qərarı ilə bağlı açıqlama verəcək. Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir."


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93