Salam, xoş gəlmisiniz.

Qələbəyə bərabər məğlubiyyət - “QARABAĞ“ QRUP MƏRHƏLƏSİNƏ DÜŞMƏYİ BACARDI!

2017-08-24 00:32:49

Qələbəyə bərabər məğlubiyyət - “QARABAĞ“ QRUP MƏRHƏLƏSİNƏ DÜŞMƏYİ BACARDI!

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Hurriyyet.org xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ“ Danimarkada yerli “Kopenhagen“lə cavab oyununa çıxıb. Bakıdakı görüşdə 1:0 hesablı qələbəyə sevinən Qurban Qurbanovun yetirmələri ölkə futbolunda yeni tarix yazmağa çox yaxın idi. Belə ki, Ağdam klubu ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk komandamız ola bilərdi. Bunun üçün isə səfərdə istənilən hesablı heç-heçəyə və ya minimal fərqli, amma qollu məğlubiyyətə imza atmaq lazım idi.

“Qarabağ“ Danimarka çempionunu mübarizədən kənarlaşdırmaqla həm də 19 il öncə bu komandaya məğlubiyyətlərin qisasını ala bilərdi. Belə ki, həmin dövrdə Çempionlar Kuboku çərçivəsində “Kopenhagen“ə səfərdə 0:6 hesabı ilə uduzan Ağdam klubu doğma meydanda da 4 cavabsız qola üzülüb. 

Üç qolun vurulduğu bu görüşdə qələbəni meydan sahibləri bayram ediblər. Lakin 1:2 hesablı məğlubiyyətə baxmayaraq, ÇL-in qrup mərhələsinə vəsiqəni Ağdam klubu qazanıb. Nəticədə, Qurbanov və yetirmələri Azərbaycan futbolunda yeni tarix yazıblar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu

23 avqust

“Kopenhagen” - “Qarabağ” 2:1
Qol: F.Santander, 45. D.Ndlovu, 63. A.Pavloviç, 66.
Sarı vərəqə: M.Lüftner, 4. Miçel, 44. Y.Jezniçak, 75. P.Ankersen, 77. Y.Tutu, 85. D.Ndlovu, 90+3.
Hakimlər: Alberto Undiano Malyenko, Roberto Alonso, Raul Kabanyero. 
Əlavə köməkçi hakimlər: Alexandro Ernandes, Xose Sançes.
Dördüncü hakim: Dieqo Barbero (hamısı İspaniya).
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya).
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya).
Kopenhagen. “Tella Parken” stadionu.
İlk oyun – 0:1.

“Kopenhagen“: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Villyam Kvist (k) (24. Yussef Tutu, 80), 7. Benyamin Verbiç, 9. Federiko Santander (28. Pieros Sotiriu, 70), 11. Andriya Pavloviç, 16. Yan Qrequş, 17. Kasper Kusk (32. Danni Amankvaa, 67), 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner.
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson.
Baş məşqçi: Stole Solbakken.
“Qarabağ“: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye (22. Əfran İsmayılov, 11 / 14. Rəşad Sadıqov, 80), 20. Riçard Almeyda (32. Elvin Yunuszadə, 90+2), 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93